• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Avtomobillə meyvə satarkən əldə olunan gəlir Vergi Məcəlləsi baxımdan necə tənzimlənir?

  • 27.12.2021, 23:41, Baxış sayı:
  • 973
Avtomobillə meyvə satarkən əldə olunan gəlir Vergi Məcəlləsi baxımdan necə tənzimlənir?

Artıq Yeni il ərəfəsidir və bazarlarda, küçələrdə müxtəlif maşınların arxasında meyvə və tərəvəzlərin satıldığını görmək olar. Bununla bağlı vergi necə tənzimlənməlidir?
İlk olaraq bununla bağlı Dövlət Vergi Xidməti Orqanın mövqeyinə nəzər yetirək. Orqanın qeydinə əsasən bu fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti ilə məşğul olan şəxs fəaliyyətini NKA tətbiq etmədən həyata keçirə bilər. Yəni şəxs avtomobilində meyvə, tərəvəz satırsa kassa aparatı olmadan bu satışı həyata keçirə bilər. Bu zaman meyvəni və ya tərəvəzi satdığı zaman və nağd pulu qəbul etdikdə mal alan şəxsə Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə uyğun olaraq forması Maliyə Nazirliyi tərəfindən təsdiq olunan ciddi hesabat blankını (mədaxil qəbzini) təqdim etməlidir.
Əlavə olaraq onu da qeyd edək ki, vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri üçün «Xüsusi fərqlənmə nişanı» alınmalıdır.
Vergi Orqanın qeydi daha aydın olsun deyə, bunun daha ətraflı oxuculara izah etmək istəyirəm. Misallara nəzər yetirməklə qanunvericiliyin qeydi tam aydın olacaq.

Misal - 1
Arif adlı şəxsin VAZ 2107 markalı avtomobili var. Birinci Arif vergi uçotunda durub VÖEN almalıdır. Onun mülkiyyətində olan VAZ 2107 markalı avtomobil ilə öz istehsal fəaliyyətini təmin etmək üçün meyvə tərəvəz yüklərin daşınmasında istifadə etdiyi üçün «Xüsusi fərqlənmə nişanı» almalıdır.

Misal - 2
Arif vergi uçotunda durub yəni VÖEN-i var. Mülikiyyətində olan VAZ 2107 markalı avtomobilinin xüsusi fərqlənmə nişanı da var. Arif Qubadan alma gətirib Sabirabadda olan küçələrin birində kilosu 2 manata satmaq istəyir. Bu halda onun mədaxil qəbzi olmalıdır. Bu qəbzi almaq üçün Maliyyə Nazirliyinin saytı olan http://maliyye.gov.az/static/131/metbeelerin-siyahisi daxil olmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən ciddi hesabat blanklarının hazırlanması üçün seriyalar almış hüquqi və fiziki şəxslərin siyahısından seçim edib əldə edə bilərlər. Qeyd edim ki, bu şəxslərə xüsusi lisenziya verilib. Əlavə olaraq Maliyyə Nazirliyinə müraciət edib dəqiq siyahı ilə də tanış olmaq olar.

Misal - 3
Arif adlı şəxs vergi uçotundadır. Avtomobilinin xüsusi fərqlənmə nişanı var. Mədaxil qəbzini də əldə edib. Artıq Arif Qubadan rahat almanı gətirib istənilən rayonda alıcıya mədaxil qəbzini verməklə almanı sata bilər.

P.S. Qeyd edim ki, şəxs Vergi Orqanın müraciət edərək kassa-aparatı da əldə etməklə mədaxil qəbz olmadan, kassa-aparatının çeki ilə fəaliyyət göstərə bilər.

Rauf QARAYEV,
iqtisadçı-ekspert.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter