Vergi Məcəlləsinin 13.2.62. maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Misal: A şəxs Həsən adlı şəxsin mağazasına daxil olub evinə bazarlıq edir və sonda xəzinədardan qəbz və ya nəzarət-kassa aparatının çekini (VM 50.8 maddəsinə uyğun) alır.
13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Misal: A şəxs Həsən adlı şəxsin mağazasına daxil olub bazarlıq etdikdən sonra ona qaimə faktura və ya elektron-qaimə faktura təqdim olunur.
Haşiyə: Əgər Həsən adlı şəxs mağazada həm pərakəndə mal satır və topdansatış edirsə onu aşağıdakı cərimə gözləyir. Həsən gərək mağazanı vergi uçotunda pərakəndə satış üçün, anbarını topdan satış üçün qeydiyyatdan keçirsin. Bu halda o cərimə olunmayacaq. Bundan əlavə Həsən başqa bir obyekt götürüb anbardakı malları ora yükləyib topdan satış da edə bilər. Əgər qaydaları əməl etməsə Vergi Məcəlləsinin 58.13 maddəsinə əsasən 2023-cü ildə satdığı malların misal hesab edək ki, 100 min manatlıq mal satıb onun 10 faizi miqdarında yəni 10 min manat, əgər 10 min manat cərimə edildikdən sonra, qoyulan tələbi yerinə yetirməyəcəksə 20 faiz yəni 20 min manat, üçüncü dəfə bu tələb əməl edilmirsə 40 faiz yəni 40 min manat cərimə ediləcək. Nəticədə 2023-cü ildə satığı malın 70 faizini yəni 70 min manatı cərimə kimi dövlət büdcəsinə ödəməli olacaq. Odur ki, bir çox sahibkarlar, onların mühasibləri diqqətli olmalıdır ki, satış etdiyi malı bir başa cərimə kimi büdcəyə ödəməsinlər. Sonra da, sahibkar olaraq vergi də günah axtarmasınlar.
İqtisadçı Rauf QARAYEV.Vergi Məcəlləsinin 58.13 maddəsi. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.