• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vitrin qiyməti ilə kassa qiyməti fərqli olduqda nə etmək lazımdır?

  • 10.10.2021, 22:15, Baxış sayı:
  • 1137
Vitrin qiyməti ilə kassa qiyməti fərqli olduqda  nə etmək lazımdır?
Azərbaycanda alıcılar böyük supermarketlərdən alış-veriş edən zaman tez-tez aldıqları məhsulun vitrin qiymətləri ilə kassa qiymətləri üst-üstə düşmür. Amma bu tək böyük yox, kiçik mağazalarda da baş verir. Amma kiçik mağazada bu fərqi adi bir iş prinsipi kimi qələmə verirlər. Sanki vitrində olan qiymət, kassadan fərqli olmalıdır. Praktikada olan hadisəni təfərrüatını sizlərlə bölüşmək istəyirəm. Bir gün mağazadan kofe almaq üçün vitrində qiymətin 12 manat olduğunu görüb, kassaya yaxınlaşdım. Kassada qiymət 13 manat 50 qəpik idi. Gündəlik o mağazadan alış-veriş etdiyim üçün vitrində o qiymət 3 aydan çox qalmışdır. Məni başa salmağa çalışırdılar ki, səhv düşüb. Amma məsələ burasındadır ki, vitrində olan malın aşağı hissəsində nə sadə, nə də gold olan qeydi yox idi. Sadəcə 12 m yazılmışdır. Yəni informasiya yox idiki hansı addadır. Məhsuldan 1 ədəd qalmışdır. Belə halda gündəlik alış-veriş etdiyim mağaza olduğundan yalnız şifahi xəbərdarlıq etdim. Gələn dəfə bu hal baş versə artıq müvafiq addım atacağımı qeyd etdim. Bəs vəziyyət belə olduqda vətəndaş hansı addımı atmalıdır?

"İstehlakçıların hüquqlarının müdafiəsi" haqqında qanuna nəzər salaq.
Mal qüsurlu olduqda qanunun 7-ci maddəsinin tələbinə əsasən malı dəyişmək tələbi olduqda mağaza onu dərhal dəyişməlidir, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir.
Sizin malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir.
Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (yəni siz alıcı olaraq) qarşısında aşağıdakı tələblərin yerinə yetirilməsini tələb edə bilər.
lazımi keyfiyyətli mala dəyişdirməyi;
satış qiymətini uyğun məbləğdə azaltmağı;
malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;
müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 1998 il tarxili 114 nömrəli qərarına əsasən Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı verilib. Bunlara aiddir:

1. Qızıl və qızıl məlumatları.

2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar.

3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).

4. Parfümer-kosmetika malları.

5. Kişi, qadın və uşaq çimərlik paltarları.

6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.

7. Məişət-kimyası malları.

8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).

9. Uşaq oyuncaqları.

10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.

11. Ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar.

12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.


Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Onu da qeyd etmək lazımdır ki, qiymət etibarlığını nəzərə alaraq əgər kassada malın qiyməti ilə vitrindəki qiymət fərqlidirsə (barkod, marka adı, ölçü vahidi və miqdarı eyni olarsa) ucuz olan qiymət keçərlidir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

Maddə 200. İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma

200.1. İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma —
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
200.2. Eyni əməllər:
200.2.1. təkrar törədildikdə;
200.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
200.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə—
beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
200.3. Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—
on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
200.4. Bu Məcəllənin 200.3-cü maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda —
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə “xeyli miqdar” dedikdə, üç yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə üç min manatdan yuxarı olan məbləğ başa düşülür.
Rauf QARAYEV, iqtisadçı-ekspert,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter