• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ölkədə endirimlər. Vətəndaş necə aldadılır?

  • 13.06.2023, 12:03, Baxış sayı:
  • 495
Ölkədə endirimlər. Vətəndaş necə aldadılır?
Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” haqqında 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarına əsasən bu qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətini təmin təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı hazırlanmışdır və istehlakçılarla (alıcılarla) Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər (o cümlədən, satıcılar) arasında alqı-satqı və digər xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
1. Qərara əsasən ticarət obyektlərinin vitrinlərində pərakəndə satış qiymətləri göstərilməklə ancaq satışda olan malların nümunələri qoyulur. Vitrinə qoyulmuş mallar istehlakçının tələbi ilə onların keyfiyyəti yoxlanıldıqdan sonra satılır.
2. Satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı, qiymət kağızının arxa tərəfində isə maddi məsul şəxsin imzası (və ya təşkilatın möhürü) və onun doldurulma tarixi olmalıdır.
3. Mal zəmanət müddəti ilə satılarkən, satıcı məmulatın pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur və imzası ilə təsdiq edir.
4. Satıcı istehlakçıya satdığı malla birlikdə malın və satıcının adını, satış tarixini, artikulunu, qiymətini, həmçinin satışı bilavasitə həyata keçirən satıcının imzası olan əmtəə çekini verməlidir.
5. Əvvəlcədən sifariş əsasında göstəriləcək xidmətlər müqavilələrin, sifariş qəbzlərinin və ya digər sənədlərin tərtib edilməsi ilə rəsmiləşdirilir. Həmin sənədlərdə icraçı və istehlakçıların adı, soyadı, xidmət növü və onun qiyməti, ödəniş şərtləri, sifarişin qəbulu və icra tarixi, sifarişi qəbul edən şəxsin imzası və digər məlumatlar öz əksini tapmalıdır. Rəsmiləşdirilmiş sənədin bir nüsxəsi sifarişçiyə (istehlakçıya) təqdim olunmalıdır.
6. Daimi fəaliyyət yerindən kənarda satıcını təmsil edən nümayəndənin üzərində soyadı, adı, atasının adı və onun haqqında digər məlumatlar əks olunmuş, vəsiqəsi məsul şəxsin imzası və möhürü ilə təsdiq edilmiş olmalıdır.
Qeyd olunanunaları nəzərə alaraq ölkənin endirim bazarını təhlil edək. Görək həqiqətəndə Nazirlər Kabinetinin qoyduğu tələb yerinə yetirilir.
Mövzumuz endirimlər olduğu üçün, mövzuya uyğun bazarı araşdıraq.
Ölkədə endirimlər. Vətəndaş necə aldadılır?
Böyük market, mağaza şəbəkələrində endirimlər
Qeyd olunan mallar həqiqətəndə şok qiymət, şok endirim deyilən kimi insanlarda şok effekti yaradır, yoxsa bu sadəcə aldadıcı effektdir və burada təəcüblü məqam yalnız məyyusluqdur?
Bəzi mallar var ki, həqiqətəndə qiyməti salınır. Bu malları hansılardı.
Malların içində satılmayan, tək cüt qalan və ya ölçüsü böyük olan və tələbəta uyğun olmayan mallardan mağaza qurtulmaq üçün onu aldığı qiymətin maya dəyərinə satır. Burada mağaza heç nə itirmir. Ən azından maya dəyərinə satsa da, zərərə düşmür. Bəzi mağazalar var ki, endirim belə olanda vətəndaşlar öz iradlarını kəskin sürətdə bildirirlər. Bildirirlər ki, yəqin bu malın üzərinə bu qədər vəsait qoyub satmısan və istehlakçını aldatmısan.
Vergi Məcəlləsinin 13.2.62 maddəsinə açıq aydın qeyd olunur ki, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Vergi Məcəlləsinin 13.2.64 maddəsi ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdiridr.
Buradan belə qənaətə gəlmək olar ki, əgər alıcıya Vergi Məcəlləsinin 50.8 maddəsinin tələblərinə uyğun çek verilirsə, malı satan adam nə qədər malı yüksək qiymətlə satsa da, bundan vergi ödəməlidir. Daha çox qazanc, daha çox vergi. Demək qanunla çalışan mağazaya qiymətin qalxması həmdə xərcin artmasına gətirib çıxarır. Malın üstünə qazanc üçün pul qoymaq ticarət əlavəsi adlanır. Burda ƏDV(18 faiz vergi) tətbiq edilmədən alış qiyməti arasında fərqdir.
Bazar qiymətinə gəldikdə burada Vergi Məcəlləsi baxımdan nəzarət ver. Vergi Məcəlləsinin 14 maddəsinə nəzər yetirək.
Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Yəni mən malı satıram 30 manata və tələbdə 30 manatdıq mala var, bu halda malın bazar qiyməti formalaşır və olur 30 manat. Mal satanın malı vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir.
Məcəllənin 14.3.3 maddəsi deyir ki, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə tətbiq edilir. Göründüyü ki, vergi baxımından bazar qiymətinə də vergi tutumu baxımdan nəzarət mövcuddur. Qeyd olunanların digər tərəfi odur ki, hər mağaza bu tələblərə uyğun hərəkət etmir. Nəticədə nə baş verir? Nəticədə o olur ki, istehlakçı yəni vətəndaş aldadılır. Bununla mübarizə aparmaq Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov öz açıqlamalarında qeyd edir ki, çətindir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ var.
“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, qanunsuz reklam üsullarından istifadə edilməsi haqsız rəqabətə səbəb olur və bu cür üsullar qadağandır. Belə hallara yol verən sahibkarlıq subyektləri barəsində Qanunda məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur.
Qeyd olunanları nəzərə alaraq sahibkarlar tərəfindən qanun pozuntusuna yol verilməməsi və gələcəkdə onların məsuliyyətə cəlb edilməməsi üçün endirimlərlə bağlı reklam verilərkən mütləq qaydada aşağıdakı məlumatların göstərilməsi təmin edilməlidir:
- qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi, müddəti;
- qiyməti dəyişdirilən əmtəələrin siyahısı;
- qiyməti dəyişdirilən əmtəənin mövcud qiyməti.
Bundan əlavə, reklamın verilməsi ilə bağlı qanunvericiliyin digər tələblərinə də əməl edilməlidir:
- Reklamda əmtəənin qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq yaxud nisbi ifadə ilə dəyişməsi qeyd olunmalıdır.
- Reklamda yalnız Azərbaycan ərazisində tətbiqinə icazə verilmiş ölçü vahidlərindən istifadə olunmalı, əmtəələrin qiyməti Azərbaycan Respublikasının pul vahidi ilə göstərilməlidir.
İstehlakçılar ticarət obyektlərində endirimlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər. Əlaqə vasitələri: Qaynar xətt: 195-1; Email: office@competition.gov.az
Göründüyü kimi yalanşı, şok effektili qanunun tələblərinə cavab verməyən endirimlərlə bir çox mübarizə üsulu var. Bəzi müştərilər qeyd edir ki, mübarizə usulu effektiv deyil. Onların birinin sosial şəbəkədə qeyd etdiyi araşdırılmasını sizlərə təqdim edirəm.

Endirimlərlə bağlı bir müddət monitorinq (özüm üçün) apararaq, aydınlaşdırdım ki, ölkədə ENDİRİM OLMUR. Faktiki araşdırmanı diqqətinizə çatdırıram:
1. Endirim kimi qeyd edilən elektronika məhsulları digər bir brend mağazasında həmin qiymətə olur. Yani "şok fürsət" yoxdur, yalnız-məhsul reklamıdır.
2. Böyük marketlərdə "şok endirim" yazılan məhsulların qiyməti, sıradan bir mağazada daha ucuz olur. Yani-endirilmiş qiymət belə baha qeyd edilir.
3. Son dövrlərdə "endirim" elan edərək məbləğ təyin edirlər, misal üçün "50 azn-lik paltar al-2-ci hədiyyədir", gedirsən-məhsul 49.90 azn qeyd edilib. Əlavə bir əşya alanda gəlir çıxır 90-100 azn-ə, hədiyyəni verirlər. Ancaq, aldığınız məhsulun dəyəri heç də 50 deyil, siz 3 məhsulun pulun vermiş oldunuz.
4. Hər-hansı bir brend geyim dükanı yazır ki "Bağlandığı səbəbindən hər şey 50 azn". Aldanmayın,rəflərə yerləşdirilən məhsullar ya size-ları (ölçüləri) yoxdur, ya da elə keyfiyyətə malikdirlər ki, mətbəxdə asılan çay dəsmalınızın keyfiyyəti ondan mərifətlidir.
4. Ümumiyyətlə çalışın məhsul almamış öncəsi-bazar araşdırması aparasız özünün üçün. Bir çox gözəl kəşflər açacaqsınız özünüzə) Keyfiyyətli mal alın, əks halda bir mala görə iki dəfə pul xərcləməli olacaqsınız.
İqtisadçı Rauf QARAYEV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter