• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad bazarında müştəri qıtlığından şikayət edən satıcının günahı özündədir

  • 03.01.2022, 23:54, Baxış sayı:
  • 488
Sabirabad bazarında müştəri qıtlığından şikayət edən satıcının günahı özündədir
Bayram günləri davam etsə də, Sabirabad bazarlarında qiymətlər əl yandırır. Misal olaraq 31 dekabr tarixində mandarinin kilosu 1 manat 40 qəpik idisə indi 1 manat 50 qəpikdir. Bu rəqəm 2 manata kimi dəyişir. Bizdə üz tutduq bazara. Bazarda mal çox, 03.01.2022-ci il tarixi olmasına baxmayaraq alıcı da az deyildi. Amma nədənsə satıcılar narazı idi. Yaxınlaşıb bir piştaxtadan mandarin aldıq. Seçimi isə verdik satıcıya. Nəticədə satıcı 2 kilo manadarin seçib verdi bizə. Biz isə öz növbəmizdə satıcıya inananaraq piştaxtadan uzaqlaşmaq istəyirdik ki, paketi qaldırdıqda bir çürümüş mandarin gördük. Satıcı üzr istəyərək tez verin dəyişək dedi. Əlavə 1-nin əvəzinə 3 mandarin gətirdi. Amma məsələnin pik nöqtəsi bundan sonra baş verdi. Nəticə olaraq salafan paketdə hansı mandarinə əl atdıq daxili çürük çıxdı. Satıcı isə mandarini elə yığmışdı ki, bu ilk baxışdan görünmürdü. Bir-bir savalafan torbadakı mandarini boşaldıq piş taxtaya. Digər yanındakı satıcı deyinərək buraya niyə atırsız yığın qırağa. Biz isə öz növbəmizdə dedik: Biz bura qoyuruq ki, malı satan onu digər hissəyə yığsın. Nəticədə biz satıcıdan soruşduq niyə belə edirsiniz? Siz müştərini məmun yola salmalısınız, amma indi bunun əksini edirsiz. Susqunluq yarandı. Biz oradan uzaqlaşada bilərdik. Amma özümüz bu dəfə mandarini bir paketə yığıb aldıq. Bunu ona görə etdik ki, onlarda bəlkə vicdan ola. Müştəri qıtlığının səbəbinin biri də budur. Müştəri satıcının bu hərəkətlərini görüb hər adama inanmır. Nəticədə vergi verməyən, qanunvericilik tələblərini pozan satıcı müştərini razı salmaq əvəzinə ona badalaq qurur. Sanki alıcı pulu öz zəhməti ilə yox, lotoreyada qazanıb.
Sonda Vergi Qanunvericiliyini bir daha təkrar edim. Səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti ilə məşğul olan şəxs fəaliyyətini NKA tətbiq etmədən həyata keçirə bilər. Yəni şəxs avtomobilində meyvə, tərəvəz satırsa kassa aparatı olmadan bu satışı həyata keçirə bilər. Bu zaman meyvəni və ya tərəvəzi satdığı zaman və nağd pulu qəbul etdikdə mal alan şəxsə Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə uyğun olaraq forması Maliyə Nazirliyi tərəfindən təsdiq olunan ciddi hesabat blankını (mədaxil qəbzini) təqdim etməlidir.
Əlavə olaraq onu da qeyd edək ki, vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri üçün «Xüsusi fərqlənmə nişanı» alınmalıdır.
Rauf QARAYEV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter