• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Binə və Sədərəkdə olan malların aqibəti necə olacaq?

  • 05.06.2023, 18:27, Baxış sayı:
  • 481
Binə və Sədərəkdə olan malların aqibəti necə olacaq?
Bildiyiniz kimi, Sədərək və Binə ticarət mərkəzlərində bir çox sahibkarlar var ki, onların anbarda olan sənədsiz malları var. Qanunla anbarda olan sənədsiz malları necə sənədləşdirmək olar?
Təkliflər:
Alış aktı yazıb anbara "yeni" mal kimi mədaxil etmək olar.
İnventarizasiya aktı tərtib etmək. Mühasibatlıq üçün bazar qiyməti ilə yenidən qiymətləndirmək və anbara mədaxil etmək.Sonda satışdankənar gəlirlərdə əks etdirmək. Vergi uçotunda eyni qaydada bazar qiyməti ilə satışdankənar gəlirlərə salmaq lazımdı.
Sual yenidən qiymətləndirməni kim aparmalıdır şəxs özü yoxsa, xüsusi ekspert təşkilatı? Burada ekspert şirkətinin qiymətləndirmə aparması daha məqsədə uyğundur və audit rəyi ilə bu məsələni həll etmək olar.
Bu hal o vaxta kimi işləyir ki, bu məsələdən verginin xəbəri olmasın. Bəs vergi artıq anbarda sənədsiz mal olduğunu müəyyənləşdiribsə sahibkarı hansı cəza gözləyir?
Vergi Məcəlləsinin 13.2.82. maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
Bunun açıqlaması odur ki, Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara əsasən mal olmadan əməliyyat aparan şəxsdir. Sahibkarın riskli vergi ödəyicisi olub olmamasının Dövlət Vergi Xidməti orqanı məyyən edir.
Bundan əlavə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Qərara əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə riskli əməliyyatların meyarları hesab olunur.
Misal: Sahibkar elektron qaimə-faktura ilə avadanlıq alıb, amma anbarda təsərrüfat mallları aşkar olunub. Sənədlə faktiki yerə olan mal uyğun gəlmir. Bu halda bu riskli əməliyyat sayılır.
Vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) riskli əməliyyat sayılır. Misal sahibkar mal 20 000 manatlıq təsərrüfat malları alıb, amma hesabatda 10 000 manatlıq mal aldığını qeyd edib. Bu hal aşkar edildikdə bu riskli əməliyyat sayılır.
İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla);
Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə;
Vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda;
Yuxarıdakı meyyarlarla müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs;
Yuxarıdakı meyyarlarla ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs;
Beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər riskli vergi ödəyicisi hesab edilir.
Vergi Məcəlləsinin 30.2.9. maddəsinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında məlumat kommersiya və ya vergi sirri hesab edilmir.
Vergi Məcəlləsinin 38.3.8-1. maddəsinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda növbədənkənar səyyar vergi yoxlaması aparıla bilinər. Yəni vergi orqanın əməkdaşları ilə yerində yoxlama.
Vergi Məcəlləsinin 50.2.5. maddəsinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda operativ vergi nəzarətinin həyata keçirilə bilinər.
Vergi Məcəlləsinin 83.7 maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır.
Vergi Məcəlləsinin 85.8.2 maddəsinə əsasən vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsinə vergi ödəyicisi riskli vergi ödəyicisi olduqda icazə verilmir.
Vergi Məcəlləsinin 87.3-1. maddəsinə əsasən riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.
VM 89 maddəsinə əsasən vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər.
Əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olduqda, büdcə ilə münasibətlər
VM 179. 4 riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.
Vergi Məcəlləsinin 58.8.2 maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir.

Odur ki, riskli vergi ödəyicisi olmamaq üçün, sahibkarlar mühasib olmasa da, mühasibat işinin ən azı 20 faizini bilməlidirlər ki, uçotlarını düzgün qursunlar. Əks halda riskli vergi ödəyicisi olmaqla, daimi yoxlamalara məruz qalacaqlar.
Rauf QARAYEV, iqtisadçı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter