Vergi tərəfindən tətbiq edilən ən uğurlu layihələrdən biri də ƏDV gerial lahiyyəsidir. Bir çoxları tərəfindən bu innovativ layihə bəyənilsə də, qanunvericiliklə halında bir neçə il olaraq tətbiq olunsa da, problemlərdə mövcuddur. Bu gün bir neçə mövcud olan çatışmazlığı sizə təqdim edəcəyik.
2 çekin tətbiqi
Mal alırsınız. Sizə 2 ədəd çek verirlər. Birində malın ad və qiyməti yerində olsa da amma qanuna söykənməyən çek olduğundan bu narazılıq yarada bilər. 2-ci çek qanuna uyğun çekdir və bir çatışmazlığı var. Çatışmazlıq ondan ibarətdir ki, o çekdə məbləğ sizin aldığınız məbləğə uyğun olsa da, üzərində aldığınız mal qeyd edilmir. Misal üçün siz uşaq oyuncağı almısınız, amma sizə yazırlar meyvə şirəsi. Bu şirəni də mağaza səhər 9-da kimsə alıb, amma ona çek verilməyib. Yuxarıda göstərilən digər nəzarət kassa aparatı (qanuna uyğun olmayan) vastəsi ilə bir ədəd çek verilib. Siz qanuna uyğun ƏDV özündə əks etdirən çeki tələb etdiyiniz üçün, sizə əvvəlki müştərinin çekini verirlər. Bəzən elə olur ki, ƏDV-yə düşməyən malı da ora yazırlar. Digər məqam ən çətini sizin evə getməyinizdir. Evdə, nə qədər çalışırsınız ki, aldığınız çekini ƏDV geriala sistem yükləyəsiniz, orada qeyd olunur ki, belə çek yoxdur. Çünki printerdən çek elə dumanlı və yarı pozulmuş vəziyyətdı çıxır ki, RG kodu telefon oxuya bilmir, əllə olan İD-ni isə siz oxuya bilmirsiniz və başlayırsınız ən azı 1 hərfi və ya rəqəmi 24 saat axtarmağa ki, bəlkə nəsə alındı və çek sistemə əlavə edildi.
Nağd ödəniş
Bir çox istehlakçıların şikayəti nağdsız ödənişlə bağlıdır. Belə ki, nağdsız ödəniş edilən zamanı alınan məhsulun ƏDV-sinin 17,5 faiz geri qaytarılır, nağd ödəniş zamanı isə 5 faizi. İstehlakçı, daha aydın olsun deyə bunu misalla izah edək.
Alıcı gedir A adlı mağazaya və oradan məhsul alır. Bu məhsulu nağdsız qaydada yəni plastik kartla alır. Amma o çekə diqqət etdikdə orada nağd ödəniş qeyd edilir. Nəticədə məhsulun ƏDV-nin 17,5 faizi yox 5 faizi ona geri qaytarılmış olur. Həmin müştəri isə bir dəfə etirazını mağazaya etdikdə onun etirazı qəbul olunur. İkinci dəfə vergiyə sübutları yığıb etiraz edir. Şikayət etdiyi vaxtdan bir neçə həftələr keçir və məktub cavablandırırlar. Son nəticədə müştəri görür ki, bu mağaza elə bu işlə məşğuldur. Buna vergi də, bir çox hallarda etinasız yanaşır. Artıq alıcılar həmin mağazaları öz qara siyahılarına salsalar da, digər yerlərdə bu hallarla rastlaşırlar. Ona görə bu təbii hala çevrilir.
Riskli vergi ödəyicisi
Vergi Məcəlləsinin 13.2.82. maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti (Nazirlər Kabinetinin) orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti (Dövlər Vergi Xidməti) orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
Vergi Məcəlləsinin 30.2.9-cu maddəsinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunmur.
Məcəllənin 38.3.8-1 maddəsində qeyd edilir ki, növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən ergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda keçirilə bilinər. 50.2 maddə də vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda da opertiv vergi nəzrətin həyata keçirilə bilinər.
Yuxardakıları nəzərə alınaraq ƏDV gerialla misala nəzər yetirək. Alıcı daxil olar “A” adlı mağazaya və oradan məhsul alır və qanuna uyğun çekidə ona təqdim edirlər. Çekin üzərindəki qeydləri ƏDV gerial sisteminə daxil etdikdə, ona qeyd olunur ki, məhsulu aldığınız şəxs riskli vergi ödəyicisidir bu baxımdan daxil etdiyiniz məbləğ nəzərə alınmır və siz aldığınız malın ƏDV-nindən yararlana bilmirsiniz. Bu halda günah kimin üzərinə düşür? Bu halda qanunvericiliyə nəzər yetirsək, mağanın sizə onun riskli vergi ödəyicisi olması ilə bağlı məlumat verməklə bağlı öhdəliyi yoxdur. Yalnız sistemə daxil olub bunu görə bilərsiniz. Ümumiyyətlə riskli vergi ödəyicisi qeydi ilə bağlı vergi orqanının özündən belə, çoxlu şikayətlər var. Bununla bağlı mediada bu məsələyə dəfələrlə toxunulub.
Post terminal
İri ticarət mərkəzlərində bir çox hallarda limit olur. Yəni nağdsız ödənişlərin limiti. Bu əsasən iri supermarketlər şəbəkəsində müşahidə olunur. Adi alıcı bunu hiss etməsə də, vergidən anlayışı olanlar, bunun nə olduğunu yaxşı bilir. Misal üçün məbləğ nağd qaydada, nağdsız qaydada nə qədər olmalıdır ki, daha çox xərcə düşməyəsən, daha çox vergi ödəməyəsən.
Misal: A iri monopolist supermarket şəbəkəsinin maliyyə şöbəsi tapşırıq verir ki, bu gün post terminaldan kartla ödəniş olmayacaq. Yalnız nağd qaydada ödəniş qəbul olunur. Müştəri yaxınlaşıb super və ya hipermarketə gündəlik alış-veriş etdiyi məhsulu alır. Ona qeyd edilir ki, post terminal işləmir və yalnız nağd qaydada ödəniş etməlisiniz. Müştəri məcbur olub ödənişi nağd qaydada edir. Nəticədə yenə müştəri aldadılmış olur. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Müştəri nağd qaydada ödəniş etdiyi üçün 17,5 - 5 = 12,5 faiz ƏDV məhrum olur.
"Sərbəst satış"
04 avqust 2020-ci ildə "İki sahil" qəzetində belə bir məqalə dərs olunmuşdu "ƏDV-nin geri qaytarılmasında pozuntular aşkarlandı"
Həmin məqalənin bir hissəsini sizlərə təqdim edirik.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apardığı araşdırmalar zamanı elektron sistemə daxil edilən çeklər üzrə bir sıra hallarda bəzi vergi ödəyiciləri tərəfindən sui-istifadə faktlarının mövcud olması müəyyən edilib. iyun ayı ərzində ƏDV-nin geri qaytarılması üçün portala 4,9 milyon çek daxil edilib. Bu çeklərdən 3,3 mini üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilib. Araşdırmalar nəticəsində məlum olub ki, dəyəri 2 min manatdan aşağı olan 1 914 çek üzrə imtina hallarına səbəb satıcının ƏDV ödəyicisi olmaması, alıcılar tərəfindən alınmış malların geri qaytarılması və ya çekin tərtib edildiyi vaxtdan 30 gün keçdikdən sonra sistemə daxil edilməsi olub. Həmçinin dəyəri 2 min manatdan yuxarı olan 1 382 çek üzrə müraciət təsdiqini tapmayıb. Buna səbəb isə 1 171 çek üzrə məlumatların kassa çeklərində əks etdirilməli olan məlumatlarla uyğun gəlməməsi müəyyən olunub.
Malın adının “Sərbəst satış”, “Satış”, “Məhsulun adı” və s. bu kimi ümumi sözlər, bir hərf, rəqəm və ya yalnız rəqəmlərlə qeyd edilməsi, o cümlədən digər kod və rekvizitlərin tam şəkildə əks olunmaması halları qeydə alınıb. Bu səbəbdən onların da təsdiqindən imtina edilib.
Üstündən 3 il keçib mənzərə yenə eynidir. Yəni Malın adının “Sərbəst satış”, “Satış”, “Məhsulun adı” və s. bu kimi ümumi sözlər, bir hərf, rəqəm və ya yalnız rəqəmlərlə qeyd edilib.
Alınan çekidə malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği), müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə), qeyd edilmir.
Rauf QARAYEV,
iqtisadçı