Elektrik naqillərində fırıldaqçılıq
- 07.11.2021, 23:19, Baxış sayı:
- 511
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölkədə alıcını istehsalçı müxtəlif sahələrdə aldadır. Amma çoxları elektrik naqillərində fırıldaqçılığa bəlkə birinci dəfə bu məqaləni oxuyanda rast gələcək. Beləliklə bu dəfə yolumuz elektrik naqilləri satışı bazarınadır. Bu əbəs yerə deyil. Səbəb təcrübədə rast gəldiyimiz hadisədir. Beləki çox insanlar elektrik naqillərində fırıldaqçılığın nə olduğunu bilməyib, düşünmürlər ki, nə vaxtsa kimsə bunları aldada bilər. İstər elektrik ustası, istərsə də istehsalçı. Elektrik naqillərinin düzgün quraşdırılıması insanı hər zaman təhlükədən qoruyur. Belə ki, bu tək yanğın hadisələri ilə bağlı deyil, həmdə cərəyanın vurması ilə, ev əşyaların sıradan çıxması və s. əlaqələndirmək olar. Bazarlarda elektrik naqillərinə nəyə diqqət etmək lazımdır? Əsas məsələ əgər naqillərdən anlayışınız yoxdursa, özünüzlə naqil almağa gedərkən güvəndiyiniz mütəxəssisi götürün. Beləki istehsalçılar alıcıları aldadıb daha çox pul qazanmaq üçün, mənim təcrübədə qarşılaşdığım 2 yola əl atırlar. Birinci mis naqili alırsınız, evə getdikdə məlum olur ki, siz əslində aldanmısınız. Çünki naqilin üzərinə xüsusi maye ilə misin rəngi verilir, onun üstünü hər hansı alətlə qaşıdıqda içindən aliminum olduğu üzə çıxır. Demək naqil aldıqda bunu diqqət etmək lazımdır. İkinci hal siz bazardan 2*4 milli metrlik naqil aldıqda, evə gəldikdə onun 1 millimetrlik olduğu üzə çıxa bilər. Çünki görünüş baxımdan onun üzərin 2*4 mm yazı və qalınlıq üz dərisini də üstündəki yazı kimi edilir. Amma ən əsası onun daxilidir. Burada isə naqilin qalınlığı 1 mm çıxanda artıq aldandığınız üzə çıxır. Bu baxımdan naqilləri aldıqda ən əsası bu 2 qeydə diqqət yetirmək lazımdır. Azərbaycanda bu hal kütləvilik daşıyır. İstehsalçılarda digər ölkə yox, yerli Bakıda yerləşən müxtəlif zavodlardı. Odur ki, aldanmaq istəmirsinizsə, diqqətli olun. Aldandıqdan sonra işin dalına düşmək, sizə vaxt itkisinə başa gələ bilər.
Rauf QARAYEV, AJB üzvü.