• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ən yaxşı variant qızıl alıb saxlamaqdır

  • 04.05.2023, 10:30, Baxış sayı:
  • 266
Ən yaxşı variant qızıl alıb saxlamaqdır
Əhalinin banklardakı əmanətlərinin həcmində uzun müddətdən sonra azalma müşahidə olunub. Ekspertlər bu amili depozitlərə tətbiq edilən vergi qərarı ilə əsaslandırırlar. Bəzi depozit sahiblərində belə bir yanaşma formalaşıb ki, vergi depozit məbləğinə tətbiq olunur. Ekspertlər hesab edir ki, banklar tərəfindən məlumatlandırma düzgün qurulsaydı, depozit məbləğində azalmalar müşahidə olunmazdı.
Qeyd edək ki, insanlar həmişə əllərindəki pulu yatırıma yönəldərək daha çox gəlir əldə etməkdə maraqlıdırlar. Lakin Azərbaycanda “pul pul gətirər” anlayışı bir o qədər də real deyil. Bu səbəbdən pulu olan şəxslər daima “nəyə yatırsam daha çox gəlir əldə edə bilərəm?" kimi suallar ətrafında var-gəl edir. Mütəxəssislər isə tövsiyə edir ki, vətəndaşlar yığdıqları vəsaitin “yatmaması” üçün maliyyə bazarlarındakı trendləri izləməli, yəni investisiya imkanlarını araşdırmalı, özü üçün risk və gəlirliliyin nə olduğunu aydınlaşdırmalı, özünün necə investor olduğunu müəyyənləşdirməlidir. Hər kəs özünün hansı risk kateqoriyasına daxil olduğunu təyin etməli, risk sevən, yoxsa riskdən qaçan investor olduğunu bilməlidir.
İqtisadçı-ekspert Rauf Qarayev isə açıqlamasınsda deyib ki, Azərbaycanda “pul-pul gətirməlidir” prinsipi işləmir. Onun fikrincə, hazırda ölkəmizdə daşınmaz əmlak və banka qoyulan pul rentabelli deyil: “Əmlak satılan zaman və icarəyə verilən zaman vergi verməlisən və gəlir burada cüzi faizidir. Bundan əlavə, mənzil plana düşəndə bazar qiymətindən aşağı qiymət təklif olunur və vətəndaşlar istədikləri pulu ala bilmir. Banklara qoyulan depozitlərin etibarlılığı təmin edilsə, bu variant daha gəlirlidir. Bu zaman pullar həm inflyasiya baxımından sığortalanmış olur, həm də üzərinə əlavə gəlir gətirir.
Lakin son qeydlər onu göstərir ki, banklara ümid artsa da, bağlanan banklardan qoyulan vəsaiti almaq üçün məhkəmələrdə illərini itirməlisən. Vaxt itkisindən sonra qoyduğun vəsaitin tam həcmində geri qaytarılmasına təminat yoxdur. Müəyyən hallarda isə depozitə qoyulan pul ümumilikdə itirilir. Bu baxımdan ümid qalır əlində olan vəsaiti xarici ölkə banklarına qoymaq və ya qızıl almaq. Qızılı heç olmasa, son anda lom kimi satmaq olur. Amma bu da passiv yatırım hesab olunur. Bu, vəsaiti inflyasiyadan və digər bazar sarsıntılarından qorumağa imkan verəcək. Lakin heç bir gəlir gətirməyərək əldə olunmuş dəyərli əşyaların timsalında passiv kimi qalacaq. Xaricdə isə banklara etibar var. Bu baxımdan vətəndaş bəzi hallarda oranı seçir. Beləliklə ölkə bankları depozitə vəsait cəlb edə bilmir. Bu isə yaxşı hal deyil.
Lakin ölkədən çıxan valyuta ehtiyatları dövlət orqanları tərəfindən qeydə alındığından hər adam xarici banklara pul yatıra bilmir. Rentabellik baxımından ən yaxşı variant qızıl alıb saxlamaqdır”.
R.Qarayevin sözlərinə görə, ölkə daxilində edilən yatırımların sərfəli olması üçün qanunvericilikdə müəyyən sərtləşdirmə olmalıdır.
Ekspert həmçinin qeyd edib ki, elmə yönələn vəsait də heç vaxt itmir: “Məsləhət görərdim, insanlar özünün şəxsi inkişafına xeyli vəsait xərcləsinlər, texnoloji biliklərə sahiblənsinlər. Daha çox yığımı olan şəxslər texnoloji mərkəzlər açaraq xaricdən mütəxsis cəlb etməklə kibernetika sahəsində kadrların hazırlanmasına nail ola bilər. Bu həm onun gəlirlərini artırar, həm də ölkədə İKT üzrə kadr çatışmazlığına müsbət töhfə olar”.

“Sherg.az”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter