Son zamanlar kirayə ev verilən zaman müəyyən mübahisələr yaranır. Evi kirayə verən pulunu ala bilmir və ya kirayədə qalanın evdən daha tez çıxması tələb olunur. Bu və digər mübahisələrin yaranmaması üçün tərəflər arasında müqavilə bağlanması daha məqbul hesab olunur. Bu halda iş hətta məhkəməyə gedib çıxsa orada hüquqi həll prosesində obyektivlik baxımdan iş daha tez həll olunacaq. Kirayə fiziki şəxslə fiziki şəxs arasında, hüquqi şəxslə hüquqi şəxs arasında, fiziki şəxslə hüquqi şəxs arasında, vergi uçotunda olmayan fiziki şəxslə vergi uçotunda olan fiziki şəxs arasında və vergi uçotunda olmayan fiziki şəxslə hüquqi şəxs arasında bağlana bilər. Əmlakın icarəyə verilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə və hər ay üzrə icarə xidmətlərinin nəticələrinə dair təhvil-təslim aktları ilə sənədləşdirilə bilər.
Təcrübədə vergi uçotunda olmayan şəxslər arasında icarə müqaviləsi bağlandığı zaman müəyyən çətinliklərin ortaya çıxması vəsaitin ödənməsi ilə bağlı olur. Belə ki, müqavilə bağlanaraq şəxslər bu məsələni həll etmiş hesab edirlər. Amma sonradan vəsaitin ödənilməsi zamanı ( əsas də kirayə olan şəxs evi tərk edən zaman yaranır) çətinliklər yaranır. Kirayə verən pulun ödənilmədiyi, kirayədə qalan ödədiyini iddia edir. Bu mübahisənin həlli hər ay üzrə icarə xidmətlərinin nəticələrinə dair təhvil-təslim aktları ilə sənədləşdirlməlidir ki, gələcəkdə mübahisə yaranmasın. Təhvil-təslim aktın tərtib olunmasının tək vəsaitin ödənilməsi üçün məqbul hesab olunmur. Həm də kirayəyə verən şəxs evinin hansı vəziyyətdə olmasını (bərbad günə düşməsi) və kirayədə qalanla əgər müqavilə zamanı təmir olunması məsələsi qeyd olununması məsələsini də sübuta yetirir. Bu halda təhvil təslim aktı zamanı
aktda üçüncü tərəflərin (hər tərəfdən bir şahid) də qeyd olunması daha məqbul hesab olunur. Belə olan halda aktda 4 nəfər adı qeyd edilməklə şahid ifadələri də gələcəkdə tələb olunmayacaq.
Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, icarəyə götürən şəxslər ödəmə mənbəyində (14 faiz dərəcə ilə) vergini hesablayır, tutur, bəyan edir və büdcəyə ödəyir.
"A" MMC Arif adlı şəxsdən evini 500 manata icarəyə götürür. Belə olan halda "A" MMC 500*14% = 70 manatını büdcəyə ödəyir və buradə vergiyə bəyyanamə verir. Arifə bunun 500 - 70 = 426 manatını ödəyir.
İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.
Əli Vəlidən evini 500 manata icarəyə götürür. Vəli gedib VÖEN almaqla vergi uçotunda durmalıdır və 500*14% = 70 manatı büdcəyə ödəməklə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.
Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq bütün vergi ödəyicilərinin vəzifəsidir.
CƏRİMƏ 16.2. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir.
Vergi uçotunda olan Vəli növbəti ay evini icarəyə vermirsə bu halda vergi orqanına arayış təqdim etməlidir.
16.3. Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.
Vergi uçotunda olan Vəli evinə köçdükdə və bir daha evini icacəyə verməyəcəksə bu fikrə gəldiyi gündən gec olmayaraq vergi orqanına NK müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.
Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur.
Vergi uçotunda olan Vəli 6 ay müddətində evini kirayəyə verməyəcəyini arayışda göstərdiyi müddətin 3-cü ayında vergi aşkar edir ki, Vəli 3 aydan sonra evini kirayəyə verib. Bu barədə vergi orqanı Vəliyə bildiriş göndərir. Vəli 6 ay müddəti üçün vergi orqanına hesabat verməlidir.
Bunu etmədiyi təqdirdə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən Vəliyə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Həmçinin, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Əgər Vəli evini 1000 manata kirayəyə verib, vergiyə 500 manata verdiyini qeyd edirsə və bu halı misal olaraq 3 ay edirsə (3000 manat), bunun 1500 manatı 3000-n çıxılır. yerdə qalan 1500 manatın 50 faizi qədər yəni 750 manat Vəli cərimə olunur.
Rauf QARAYEV, iqtisadçı-ekspert