Vergi orqanından ekspertin fərdi sahibkarın mdss gəlirinə əsasən müəyyən edilməsi təklifinə cavab
- 28.10.2021, 17:42, Baxış sayı:
- 762
Facebook
Вконтакте
Одноклассники
Google+
Gələn il minimum əmək haqqının qalxması gözlənilir. Bu qalxma ilə əlaqədar fiziki şəxslərin məcburi sosial ödənişlərinin də qalxması baş verəcək. Belə olan halda şəxs ayda 100 manat gəlir əldə edirsə minimum əmək haqqı 300 manata qalxsa o halda tək dsmf-yə 75 manat ödəniş etməlidir. Bəzi sahələr var ki, orada minimum əmək haqqının 50 faizi miqdarı qeyd olunur: Belə halda minimum əmək haqqı 300 manata qalxarsa gələn ilin məcburi ödəniş məbləği 150 manat olacaq. Bundan əlavə fiziki şəxslərin digər ödənişlərini də bura əlavə etsək məbləğ yüksək səviyyə qalxacaq. Hesab edirəm ki, məbləğ gəlirə görə faiz hesablansa daha düzgün olar. Misal olaraq şəxs 70 manat vəsait gəlir əldə edibsə, onun misal olaraq faiz nisbətində (misal 25 faizini) dmsf ödənişi kimi qeyd edilsə bunu daha məqbul hesab etmək olar. Hörmətlə, iqtisadçı-ekspert Rauf Qarayev. Vergi Xidmətinə ünvanladığınız müraciətiniz qeydə alındı (AVİS qeydiyyat nömrəsi: 2117010094051300). Qanunvericiliklə nəzərdə tutulmuş müddətdə Sizə cavab veriləcəkdir.
Bu gün Vergi orqanı bu qeyd üçün cavab məktubu göndərib.
Cavab məktubunu olduğu kimi qeyd edirəm.
Məcburi dövlət sosial sığorta haqqının hesablanması ilə bağlı qanunvericilikdə dəyişiklik edilməsi haqqında təklifinizə (AVİS qeydiyyatı: 21.10.2021-ci il tarixli 2117010094051300 nömrəli) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır.
Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən əhalinin sosial müdafiəsi, o cümlədən sosial sığorta, işsizlikdən sığorta sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.7-ci yarımbəndinin müddəalarına əsasən Dövlət Vergi Xidməti məcburi dövlət sosial sığorta haqlarının yığılmasına nəzarəti həyata keçirir.
Buna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi də nəzərə alınmaqla fərdi sahibkarlar tərəfindən məcburi dövlət sosial sığorta haqqının gəlirə nisbətdə müəyyən edilməsi məsələsinə növbəti illərdə baxıla bilər.
Sənədlərlə iş və icra intizamına nəzarət
(Katiblik) baş idarəsinin rəisi,
baş vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə