Brüssel görüşü Prezidentimizin növbəti diplomatik qələbəsidir
- 20.04.2022, 23:55, Baxış sayı:
- 349
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəqani
QASIMOV,
RİHB-nın
Əhmədabad kənd İnzibati Ərazi Dairəsi
üzrə nümayəndəsi
Artıq, bu gün Azərbaycan hərtərəfli və dinamik inkişaf edib. Müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Prezident cənab İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub.
Bildiyimiz kimi, Prezident cənab İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yaranıb. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident cənab İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib. Məhz bu görüş, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti bir böyük uğurudur. Prezidentimiz İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Əlbəttə ki, bu qərar, ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində atılmış mühüm bir qərardır. 2022-ci ilin aprel ayının 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır.
Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Bəyanatda tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılığın əldə olunduğu qeyd edilir. Təbii ki, Azərbaycan bunu qalib ölkə olaraq edir və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət öz effektini verir. Bir sözlə, bu görüşün nəticəsi birmənalı olaraq Azərbaycanının milli maraqları uğrunda cənab Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir.