• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Brüssel səfəri Azərbaycanın növbəti qələbəsi kimi tarixə düşdü

  • 23.12.2021, 17:00, Baxış sayı:
  • 592
Brüssel səfəri Azərbaycanın növbəti qələbəsi kimi tarixə düşdü
Ümidvar ƏLİYEV,

“Sabirabad Rayon Mərkəzi
Xəstəxanası”
Publik Hüquqi Şəxsin maliyyə şöbəsinin müdiri

Brüssel səfəri Azərbaycanın və Prezident İlham Əliyevin növbəti diplomatik- siyasi qələbəsi kimi tarixə düşdü. Hər zaman olduğu kimi, Prezident İlham Əliyev Brüssel səfərində də Azərbaycanın haqlı mövqeyini ortaya qoydu, ölkəmizin regionda sülhün təmin olunmasında maraqlı və Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi.
Brüssel görüşü bir sıra məsələlərin müzakirəsi baxımından səmərəli və məhsuldar oldu. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə çıxarılaraq müzakirə olundu. Avropa İttifaqı işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycana yardım göstərməyə hazır olduğunu ifadə etdi. Eyni zamanda, Ermənistan-Azərbaycan dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı tərəflər arasında müvəqqəti işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə olundu. Bundan başqa, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi də gündəliyə gətirilərək geniş müzakirə olundu və Ermənistan Zəngəzur dəhlizi üzrə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Məhz, Brüssel görüşündə Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunaraq qeyd etdi ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizi ilə eyni olmalıdır. Bununla da ölkə başçısı bir daha öz prinsipiallığını nümayiş etdirmiş oldu.
Brüssel görüşündə diqqətçəkən əsas məqamlardan biri də Ermənistanın baş naziri Nikol Paşinyanın əsəbi, həyəcanlı və gərgin olması idi. Əlbəttə, bütün bunlar Nikol Paşinyanın siyasi məğlubiyyətindən irəli gəlirdi. Artıq Paşinyan və Paşinyan hakimiyyəti başa düşür ki, daha yersiz bəhanələrlə vaxt uzatmaq mümkün deyil. Paşinyan Brüsselə böyük ümidlərlə gəlmişdi. Amma Prezident İlham Əliyevin müdrikliyi, qətiyyəti, uzaqgörənliyi, həyata keçirdiyi mükəmməl xarici siyasət Paşinyanın bütün ümidlərinin üstündən xətt çəkdi.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter