Ölkəmiz Avropanın qaz təminatında ən etibarlı tərəfdaşdır
- 10.02.2022, 09:59, Baxış sayı:
- 406
Facebook
Вконтакте
Одноклассники
Google+
Fevralın 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirildi. Aparılan müzakirələr, səslənən fikirlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynadığını bir daha göstərdi. Bu dəfəki toplantı qonaqların sayına və geniş əhatəliliyinə görə də fərqləndi
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası davamlı olaraq neçə illərdir ki, Azərbaycanda keçirilir və tədbirə nüfuzlu xarici şirkətlərin, beynəlxaql təşkilatların nümayəndələri qatılır. Bu toplantıda isə 20-yə yaxın ölkə, beynəlxalq maliyyə qurumları və dünyanın aparıcı şirkətlərin nümayəndələri iştirak edirdi.
Bu cür qlobal əhəmiyyətli böyük bir toplantının keçirilməsi və Avropa İttifaqı ölkələrinin nüfuzlu liderlərinin ölkəmizin enerji təşəbbüskarlığını dəstəkləməsi və yürüdülən yeni enerji siyasətini yüksək qiymətləndirmələri Azərbaycanın Avropa üçün olduqca əhəmiyyətli və strateji enerji müttəfiqi olduğunu təsdiqləyir.
Toplantıda çıxış edən Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycanın enerji siyasətində bir ildən artıqdır ki, tamamilə yeni bir mərhələ başlayıb. 2020-ci il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması və Azərbaycan qazının Avropa Birliyi regionuna nəqlinin başlanması ilə enerji siyasətinin ən mühüm qlobal əhəmiyətli bir frazası start götürüb.
Azərbaycan post-müharibə və post-pandemiya mərhələsində qarşıya qoyulmuş hədəflərə doğru ən qəti inkişaf ssenariləri üzrə irəliləyir və bunun ən mühüm təzahürlərindən biri də məhz Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi, çoxşaxəli enerji tranzitlərinin gerçəkləşməsidir. Bu sırada olduqca strateji önəmi olan Cənub Qaz Dəhlizi layihəsi həm Azərbaycan, həm də Avropa İttifaqı üçün sülh və etibarlı iqtisadi əməkdaşlıq proqramlarının müasir Yol xəritəsi hesab edilə bilər.
Bütün dünya ölkələri tərəfindən xüsusi rəğbətlə qarşılanan bu enerji marşrutu hər bir tərəf üçün faydalı və töhfəvericidir.
Hansı beynalxalq platformadakı müzakirələrdə Azərbaycan və Prezident İlham Əliyev iştirak edirsə, o platformada çoxları üçün reallıq kimi görünməyən məsələlər reallığa çevrilir. Cənub Qaz Dəhlizi layihəsi də zamanında çoxlu ölkələr üçün xəyal kimi görünürdü. Amma Azərbaycanın orda olması və layihədə əsas investor kimi çıxış etməsi digər iştirakçıların da marağına gətirdi və XXI əsrin ən böyük investisya layihəsi adlandırılan 33 milyard dollar dəyərində CQD 2020-ci ilin dekabırn 31-də başa çatdı və Azərbaycan qazı ilk dəfə olaraq Avropa qitəsinə daxil olmağa başlandı.
Əminik ki, CQD Məşvərət Şurası çərçivəsində nazirlərin iştirakı ilə toplantlar uzun illər keçiriləcək və Bakı qlobal çağırışlara uyğun dünya üçün aktual məslələrin müzakirəsi üçün əvəz olunmaz platformaya çevriləcəkdir.
“Muğanın səsi”