• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ölkəmiz beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır

  • 29.07.2021, 09:48, Baxış sayı:
  • 499
Ölkəmiz beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır
Artıq bütün dünya qəbul edir ki, Azərbaycan ədaləti bərpa edib, beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək işğal olunmuş torpaqlarını azad edib. Hər kəs bilir ki, dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir. Dövlətimizin başçısı İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşdən sonra keçirilən mətbuat konfransında bir daha bəyan etdi ki, indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır və biz buna hazırıq.
Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlər Azərbaycanı strateji tərəfdaş hesab edir.
Azərbaycanın yaxın tərəfdaşı olan Avropa İttifaqı ilə münasibətlərdən danışarkən ilk əvvəl iqtisadi sahədəki əlaqələrə nəzər yetirmək lazımdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı da iqtisadi sahədə əməkdaşlığa dair məsələlər əsas müzakirə mövzusu idi. Enerji təhlükəsizliyi, nəqliyyat, ticarət kimi məsələlər hazırda ikitərəfli gündəlikdə duran əsas iqtisadi mövzulardır.
2020-ci ilin sonu böyük tarixi əhəmiyyətə malik layihə hesab olunan Cənub Qaz Dəhlizinin tam istifadəyə verilməsi ilə yadda qaldı. Təbii ki, bu qlobal əhəmiyyətli layihənin reallaşmasında Azərbaycan ilə Avropa İttifaqı arasındakı tərəfdaşlıq münasibətləri mühüm rol oynadı. Çünki uzun illərdir məhz Azərbaycan Avropa İttifaqı ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir və Şura bu iki tərəfin rəhbərliyi ilə layihənin uğurla həyata keçirilməsində önəmli rola malik olub. Onu da qeyd etmək lazımdır ki, uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm rola malik Azərbaycanın təşəbbüsü ilə bu layihənin reallığa çevrilməsi şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsi kimi də tarixə düşdü.
Avropa İttifaqı Şurası sədrinin Azərbaycana səfəri qarşılılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır və Aİ Avropa şirkətlərini Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “smart village” kimi müasir texnoloji əsaslara malik layihələrdə iştiraka təşviq etməklə prosesi daha da sürətləndirə bilər.

Rahil MƏMMƏDOV,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter