Dəyişikliyin edilməsinə səbəb isə qara bazarda vergidən yayınmanın qarşısının alınması və uçotun düzgün aparılmasıdır
- 27.01.2022, 23:07, Baxış sayı:
- 441
Facebook
Вконтакте
Одноклассники
Google+
58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura
verilmədən təqdim edilməsinə, “topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə,” habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi ucun malların təsərrufat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yuklənməsi ucun təsərrufatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə gorə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, uc və daha cox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Misal - 1. Sabirabad İnşaat Topdan Satış Mərkəzi taxta satır. A şəxs gəlib ev tikdirir və pərakəndə satış qaydada 1 kub taxta almaq istəyir. Sabirabad İnşaat topdan satış Mərkəzi A şəxsə 1 kub taxtanı sata bilməyəcək. Səbəb isə yuxarda qeyd olunan maddə. Yəni Satış mərkəzinin fəaliyyəti topdan satış olduğu üçün o taxtanı yalnız topdan sata bilər. Digər pərakəndə satışla məşğul olan şəxs topdan satışla məşğul ola bilməz əks halda yuxarıda qeyd olunan cərimələr onu da gözləyir. Dəyişikliyin edilməsində səbəb isə qara bazarda vergidən yayınmanın qarşısının alınması və uçotun düzgün aparılmasıdır.
Rauf QARAYEV,
iqtisadçı-ekspert.