• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda bir çox mağazalarda köhnə kassa aparatları mövcuddur. Bununla bağlı vergi orqanıları niyə susur?!

  • 23.12.2021, 16:15, Baxış sayı:
  • 1105
Sabirabadda bir çox mağazalarda köhnə kassa aparatları mövcuddur. Bununla bağlı vergi orqanıları niyə susur?!
Sabirabadda bir çox mağazalarda kassa aparatları olsa da, onların heç biri qanunun tələblərinə cavab vermir. Bununla bağlı bir sıra mağazalara baş çəkdik.
Elə mağazalar var ki, orada kassaya məbləğ vuranda, istəməsən sənə çek vermirlər. Elələri var ki, ümumiyyətlə, kassa ilə işləmir. Sabirabad Mərkəzi Bazarının içində bir sıra iri mağazalar var ki, onlar birbaşa çeksiz işləyirlər. Onların birinə daxil oluruq. Mağaza sahibi vergi yükünün ağır olduğundan gileylənərək dedi: “Məcbur olub müfəttişlərin tövsiyəsi ilə qanunu kassa aparatı olsa da, ara - sıra ora məbləğ vururuq. Ayın sonunda vergi ilə hesablaşmamızı aparırıq. Əks halda, dolana bilmərik. Mağazamızın böyüklüyünə baxın, qanunu şəkildə işləsək mağazadan qazanc əldə edə bilmərik. Ona görə məcbur olub, qanunu pozmamaq şərti ilə, dolayı boşluqlardan istifadə etməklə bu işi görürük.
Digər satıcıya yaxınlaşırıq. O, kassa aparatlarının hər dəfə dəyiş­dirildiyini, bununla bağlı daimi məhkəmə proseslərində olduğunu, nəticədə vergi orqanı ilə razılşadığını dedi.
Bazardan çıxıb üz tuturuq "Poçt yolu" deyilən məkandakı ticarət obyekt­lərinə. Orada da mənzərə xoş deyil. Kassa aparatları var, amma işləmir. Nağd ödəniş birbaşa əhalidən alınır. İnşaat bazarlarında da verilən çek Vergi Məcəlləsinin 50.8 maddəsinə uyğun deyil.
Qeyd olunan inşaat bazarındakı mağazaların çeklərin qanuna uyğun olmamasını təsdiq etmək üçün yollanırıq bazardan aralıda olan “Tonqal” İnşaat mağazasına. Şəkildə gördüyünüz çeki Vergi Məcəlləsinin 50.8 maddəsi ilə uzlaşdıraq. Bundan əvvəl isə 50.7 maddəyə nəzər salaq.
50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Yəni nağd pul ödənişləri nəzarət-kassa aparatları vasitəsilə aparılmalıdır. Bu da Nazirlər Kabinetinin № 338 nömrəli 1 avqust 2019-cu il tarixli “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARINA uyğun olmalıdır.
CƏRİMƏ:
58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla (burada 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti), vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:
58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;
58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;
58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir:
50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:
50.8.1. vergi ödəyicisinin adı;
Çekdə adı qeyd olunub.
50.8.2. VÖEN-i;
Burada artıq VÖEN qeyd olunmayıb. Bu baxımdan digər bəndlərə keçid etməyə ehtiyac yoxdur. Bu onu göstərir ki, artıq bu çek qanuna uyğun deyil. Burada çekin kimə məxsus olduğunu yalnız mobil nömrə ilə əlaqə saxlamaqla öyrənmək olar. Bu mağazanı artıq cərimə gözləyir. Yuxarıda maddə qeyd olunub.
Bəs qanuni formada çekin üzərində hansı məlumatlar olmalıdır?
50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:
50.8.1. vergi ödəyicisinin adı;
50.8.2. VÖEN-i;
50.8.3. çekin vurulmasının tarixi və saatı;
50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi.
50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
50.8.9. malın sürətli məlumat kodu (Quick Response Code);
50.8.10. ödənilmiş məbləğ;
50.8.11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);
50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);
50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);
50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.
Bu tədbirlərin görülməməsinin səbəbinin biri də vergi orqanıdır. Bu tək Sabirabadda deyil. Ölkənin bir çox yerlərinə nəzər salsaq, orada da analoji vəziyyəti görə bilərik. Almaniyada vətəndaş büdcəyə pul köçsün deyə, qanunu formada öz haqqını tələb edir. Çünki büdcəyə köçürülən vəsait, onun ölkəsinin iqtisadiyyatının, sosial məsələlərin həlli üçün və sair üçün lazımdır. Buna göz yummaq isə dövlətə və dövlətçiliyə qarşı ən böyük xəyanətdir.
Rauf QARAYEV,
iqtisadçı-ekspert,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter