• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Kassa çeki ilə bağlı cərimə qüvvəyə mindi

  • 17.01.2022, 16:02, Baxış sayı:
  • 1016
58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla,vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatlarıquraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən, nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:
58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;
58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;
58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 50.8 maddəsi
50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:
50.8.1. vergi ödəyicisinin adı;
50.8.2. VÖEN-i;
50.8.3. çekin vurulmasının tarixi və saatı;
50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi.
50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
50.8.9. malın sürətli məlumat kodu (Quick Response Code);
50.8.10. ödənilmiş məbləğ;
50.8.11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);
50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);
50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);
50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.
Yuxarıdakı sadalanan Nəzarət-kassa aparatının çeklərində məlumatların biri olmadıqda onu təqdim edən (mağaza, market və sair) vergi ödəyicisi
1. Təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;
2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;
3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Kassa çeki ilə bağlı cərimə qüvvəyə mindi

Misalı araşdırma apardığımız mağazalar üzərindən tətbiq edək. Birinci çek üzrə Heydər Əliyev prospektində yerləşən "Gül bağı" adlanan yerdə olan 1001 xırdavat mağazasının çekinə nəzər salaq. 20 manatlıq alış veriş edilmiş çekdir. Aşağıdakı məlumatlar çekdə əks olunmayıb.
1. Vergi Ödəyicisinin adı
2. VÖEN-i
3. Təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan,
4. Gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
5. Nəzarət-kassa aparatının markası və zavod nömrəsi.
6. Nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
7. Malın sürətli məlumat kodu (Quick Response Code);
8.Çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);
9. Nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
10. Geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.
11. ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği.

Göründüyü kimi mağazanın verdiyi çekdə 11 bənd üzrə qeyd olunanlar yoxdur. Nəticədə 2022-ci ildə belə mağazaları aşağıda qeyd olunan cərimələr gözləyir.

2022-ci il ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;
2022-ci il ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;
2022-ci il ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Kassa çeki ilə bağlı cərimə qüvvəyə mindi
İkinci çek yenə də Sabirabad şəhəri Heydər Əliyev prospektində yerləşən "Anar İnşaat" mağazası ilə bağlıdır. Qeyd olunan mağazanın çekinə baxdıqda aşağıdakı bəndlərin qeyd olunmadığını görürük.
1. VÖEN-i;
2. Təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
3. ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği;
4. Gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
5. Nəzarət-kassa aparatının markası və zavod nömrəsi.
6. Nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
7. Malın sürətli məlumat kodu (Quick Response Code);
8. Çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);
9. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
10. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.

Göründüyü kimi mağazanın verdiyi çekdə 10 bənd üzrə qeyd olunanlar yoxdur. Nəticədə 2022-ci ildə belə mağazaları aşağıda qeyd olunan cərimələr gözləyir.
2022-ci il ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;
2022-ci il ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;
2022-ci il ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İqtisadçı-ekspert Rauf QARAYEV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter