• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vergi Məcəlləsində hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları barədə olan maddədə gözlənilən dəyişkliyin izahı

  • 06.11.2021, 14:44, Baxış sayı:
  • 698
Vergi Məcəlləsində hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları barədə olan maddədə  gözlənilən dəyişkliyin izahı
Qeyd olunan layihə Milli Məclis tərəfindən təsdiq olunmayıb. Təsdiq olunduqda xırda dəyişikliklər ola bilər. Xahiş olunur bunu nəzərə alasınız.
Maddə 57. Hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları

Hazırkı məcəllədə olan maddə

57.1. Bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

57.1-1. Mükiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin dördüncü və beşinci abzaslarında nəzərdə tutulan hesabatı və arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməməyə görə – təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə minimum aylıqəm əkhaqqının 3 faizi, iki və daha çox dəfə yol verdikdə 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

P.S. Qara hərflərlə olan cümələdə dəyişiklik olunub.

Təklif olunan dəyişiklik

57.1-ci maddədə “Bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi” sözləri “Vergi” sözü ilə əvəz edilsin;

57.1-1-ci maddə ləğv edilsin;

Yeni anlayış

57.1. Vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İzah -1: Maddəyə yuxarıda göründüyü kimi 57.1.1 maddə ləğv edilib. Bununla bağlı da 57.1 maddədə dəyişiklik edilib.
Vergi hesabatını və ya vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış əsas olmadan müəyyən müddətdə təqdim etmədikdə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Hazırkı məcəllədə olan maddə

57.3. Bu Məcəllənin 23.1.2-ci və 23.1.2-1-ci maddələrində göstərilən sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, o cümlədən vergi orqanlarının bu Məcəllənin 42.4-cü maddəsinə əsasən edilmiş müraciətinin həmin maddədə göstərilən müddətdə icra edilməməsinə, habelə sənədlərin və ya məlumatların bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə üzürlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

P.S. Qara hərflərlə olan sözdən sonra dəyişiklik olunub.

Təklif olunan dəyişiklik

57.3-cü maddəyə “o cümlədən” sözlərindən əvvəl “habelə bu Məcəllənin 16.1.4-2-ci maddəsində göstərilən məlumat formasının müəyyən edilmiş müddətdə təqdim edilməməsinə və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə, bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulan halda vergi hesabatı təqdim edilərkən vergi orqanının tələbi ilə maliyyə hesabatlarının təqdim edilməməsinə,” sözləri əlavə edilsin;

Yeni anlayış
57.3. Bu Məcəllənin 23.1.2-ci və 23.1.2-1-ci maddələrində göstərilən sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, habelə bu Məcəllənin 16.1.4-2-ci maddəsində göstərilən məlumat formasının müəyyən edilmiş müddətdə təqdim edilməməsinə və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə, bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulan halda vergi hesabatı təqdim edilərkən vergi orqanının tələbi ilə maliyyə hesabatlarının təqdim edilməməsinə, o cümlədən vergi orqanlarının bu Məcəllənin 42.4-cü maddəsinə əsasən edilmiş müraciətinin həmin maddədə göstərilən müddətdə icra edilməməsinə, habelə sənədlərin və ya məlumatların bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə üzürlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İzah – 2: Maddə genişlənib və aşağıdakı kimi izah etmək olar. Bundan əlavə 16.1.6 maddələr və 23.1.2. yenilənib, 16.1.4.2 yeni maddə isə yenidir. Bu səbəbdən qeyd olunanların açılışını aşağıdakı kimi təsvir etmək olar.

Vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri,qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olano cümlədən elektron formatda məlumatlar, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək. İstehsal prosesi ilə, o cümlədən yeni məhsul növünün istehsalına başlanılması ilə bağlı olaraq təqdim edilmiş məlumatda il ərzində dəyişiklik olarsa dəyişikliklə bağlı dürüstləşdirilmiş məlumatı təqvim ili ərzində vergi orqanına təqdim etməməklə və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsi, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək. Orta və iri sahibkarlıq subyektləri bu maddədə göstərilən sənədlərlə yanaşı, maliyyə hesabatlarını da vergi orqanının tələbi ilə təqdim etmədikdə o cümlədən vergi orqanlarının bu Məcəllənin vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən 10 iş günü müddətində icra edilməməsinə, habelə sənədlərin və ya məlumatların mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla müddətdə üzürlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Hazırkı məcəllədə olan maddə

57.4. Bu Məcəllənin 16.1.4-ci maddəsində göstərilən arayışı müəyyən edilən müddətdə təqdim etməyən və ya arayışda düzgün olmayan məlumatlar göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

P.S. Maddə bütövlükdə dəyişilib.

Təklif olunan dəyişiklik

57.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“57.4. Bu Məcəllənin 16.1.4-cü və 16.1.4-3-cü maddələrində göstərilən arayışları müəyyən edilən müddətlərdə təqdim etməyən və ya arayışlarda düzgün olmayan məlumatlar göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.”

Yeni anlayış

Vergi Məcəlləsində müəyyən edilmiş hallarda və qaydada auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə auditor rəyi əlavə edilməklə, vergi hesabatını təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətlərdə arayışı təqdim etmədikdə, Nəzarət olunan xarici müəssisə haqqında arayışı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətdə vergi orqanına göstərilən arayışları müəyyən edilən müddətlərdə təqdim etməyən və ya arayışlarda düzgün olmayan məlumatlar göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.”

P.S. Nəzarət olunan xarici müəssisə haqqında arayışı rezident fiziki və hüquqi şəxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (İqtisadiyyat Nazirliyi) tərəfindən təsdiq edilir

İzah – 3: Yeni anlayışa nəzər yetirdikdə burada tək 57.4 maddə yox da bir sıra maddələrdə dəyişiklik gözləndiyi üçün (misal 16.1.4) məzmun yeni qeydləri görmək olar.

Hazırkı məcəllədə olan maddə

Yoxdur

Təklif olunan dəyişiklik
Aşağıdakı məzmunda 57.5 - 57.7-ci maddələr əlavə edilsin:
“57.5. İdxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
57.6. bu Məcəllənin 16.10-cu maddəsində nəzərdə tutulan kreditor və debitor borclar barədə məlumat formasının müəyyən olunan müddətlərdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
57.7. bu Məcəllənin 16.11-ci maddəsində nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.”;

Yeni anlayış

57.5. İdxal edilmiş mallar barədə bu Vergi Məcəllənin neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada aşağıdakı məlumatları malların idxal olunacağı tarixədək qeydiyyatda olduğu vergi orqanına vermək:
1. mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə;
2. mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə;
3. mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə;”; göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

57.6 Vergi Məcəlləsinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri bu Məcəllənin 149-cu (bəynnamələrin verilməsi) maddəsində nəzərdə tutulan müddətlərdə təqdim etdikləri bəyannamələrlə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı elektron qaydada müəyyən olunan müddətlərdə vergi orqanına təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
57.7. Vergi Məcəlləsinə əsasən Hər iki tərəfi vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında 16.11-ci maddəsində nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.”;
16.11. Hər iki tərəfi vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilir:
1. Vergi Məcəllənin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə
71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın
71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;
71-1.5.2. malların (işlərin, xidmətlərin) qaytarılması barədə;
71-1.5.3. malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən verilən;
71-1.5.4. malların (işlərin, xidmətlərin) vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə;
71-1.5.5. agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) alıcısına (subagentə) təqdim edilən;
71-1.5.6. agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) vəkalət verənə (komitentə) qaytarılması barədə;
71-1.5.7. malların emala yaxud saxlamaya verilməsi barədə;
71-1.5.8. emal prosesi keçmiş yaxud saxlamaya verilmiş malların qaytarılması barədə;
71-1.5.9. bu Məcəllənin 177.5-ci (bəyyanamənin verilməsi və ƏDV-nin ödənilməsi) maddəsinə əsasən verilən;
“71-1.5.10. aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə;
71-1.5.11. ixrac qeydi ilə satış barədə.”
əməliyyatların - elektron qaimə-fakturanın seriya və nömrəsi;
16.11.2. xarici ticarət fəaliyyəti üzrə - yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab faktura (invoys) sənədinin tarixi və nömrəsi;
16.11.3. borc ödənişləri üzrə - təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi;
16.11.4. avans ödənişləri üzrə - təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi.

İzah – 4
57.5 maddə yenidir və daxilində olan 16.1.11-11-ci maddədə həmçinin. Qeyd olunan maddənin yeni aylayışı 16.1.11-11-ci maddəsində göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

57.6 maddə yenidir daxilində olan 16.10-cu maddə həmçinin. Məcəllənin 16.10-cu maddəsində nəzərdə tutulan kreditor və debitor borclar barədə məlumat formasının müəyyən olunan müddətlərdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

57.7 maddə yeni maddədir və onun daxilində olan 16.11 maddədə həmçinin həmin maddənin açıqlaması da yuxarıda qeyd olunub. Ödəniş tapşırığında yuxarıda qeyd olunan məlumatlar üzrə elektron qaimə-fakturanın seriya və nömrəsi göstərilməlidir. Bundan əlavə xarici ticarət fəaliyyəti üzrə əməliyyatdırsa o halda yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab faktura (invoys) sənədinin tarixi və nömrəsi.
Borc ödənişləri üzrə - təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi;
Avans ödənişləri üzrə - təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi ödəniş tapşırığında göstərilməlidir. Əks halda nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Rauf QARAYEV, iqtisadçı-ekspert
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter