• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

2022-ci ildə kassa çeki ilə bağlı 6000 manatlıq cərimə

  • 07.11.2021, 00:02, Baxış sayı:
  • 984
2022-ci ildə kassa çeki ilə bağlı 6000 manatlıq cərimə

Hazırkı maddə

58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla,vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatlarıquraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keзirilməmiş və ya texniki tələblərə cavabverməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatınınaparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:
58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;
58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;
58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Gözlənilən dəyişiklik

58.7-ci maddəyə “cavab verməyən” sözlərindən sonra “, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən” sözləri əlavə edilsin;

Dəyişiklikdən sonra

58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla,vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatlarıquraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən, nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:
58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;
58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;
58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İzah – 1.

50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:
50.8.1. vergi ödəyicisinin adı;
50.8.2. VÖEN-i;
50.8.3. çekin vurulmasının tarixi və saatı;
50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi.
50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
50.8.9. malın sürətli məlumat kodu (Quick Response Code);
50.8.10. ödənilmiş məbləğ;
50.8.11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);
50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);
50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);
50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.
Yuxarıdakı sadalanan Nəzarət-kassa aparatının çeklərində məlumatların biri olmadıqda onu təqdim edən (mağaza, market və sair) vergi ödəyicisi
1. Təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;
2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;
3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Misal – 1: 2022-ci ildə A mağazadan B adlı alıcı 50 manatlıq müxtəlif çeşidli mallar alır. A mağaza ona nəzarət-kassa aparatından 50 manatlıq mal üçün çeki verir. Amma çekdə yuxarıda sadalanan məlumatların biri (gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi) yoxdur. Bu halda vergi ödəyicisi olan A mağazanın sahibi buna 2022-ci ildə 1-ci dəfə yol verdiyi üçün 1000 manat məbləğində cərimə olunacaq.

Misal – 2: 2022-ci ildə A mağazadan S adlı alıcı 100 manatlıq müxtəlif çeşidli mallar alır. A mağaza ona nəzarət-kassa aparatından 100 manatlıq mal üçün çeki verir. Amma çekdə yuxarıda sadalanan məlumatların biri (nəzarət-kassa aparatının markası və zavod nömrəsi) yoxdur. Bu halda vergi ödəyicisi olan A mağazanın sahibi buna 2022-ci ildə 2-ci dəfə yol verdiyi üçün 3000 manat məbləğində cərimə olunacaq.

Misal – 3: 2022-ci ildə A mağazadan X adlı alıcı 300 manatlıq müxtəlif çeşidli mallar alır. A mağaza ona nəzarət-kassa aparatından 300 manatlıq mal üçün çeki verir. Amma çekdə yuxarıda sadalanan məlumatların biri (vergi ödəyicisinin adı) yoxdur. Bu halda vergi ödəyicisi olan A mağazanın sahibi buna 2022-ci ildə 3-cü dəfə yol verdiyi üçün 6000 manat məbləğində cərimə olunacaq.
P.S. Artıq 4-cü, 5-ci və sair dəfə 2022-ci ildə yol verdikdə 6000 manat cərimə olunacaq.

Rauf QARAYEV, iqtisadçı-ekspert
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter