• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Köhnə nəsil nəzarət-kassa aparatlarından istifadə edən vergiödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək

  • 07.10.2021, 15:04, Baxış sayı:
  • 512
Köhnə nəsil nəzarət-kassa aparatlarından istifadə edən vergiödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək
Bəzən vergiödəyicisi əhali ilə pul hesablaşmaları apardığı zaman hələ də köhnə nəsil nəzarət-kassa aparatlarından istifadə edir. Baxmayaraq ki, vergiödəyicisi alıcıdan aldığı pul vəsaitlərini kassa aparatından qeydiyyatdan keçirir və alıcıya kassa çeki təqdim edir, lakin bu kassa aparatı meyarlara cavab vermədiyi üçün bu, qanun pozuntusu sayılır və vergi orqanının əməkdaşları tərəfindən həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı bu hal aşkar edilsə, o zaman vergiödəyicisinə Vergi Məcəlləsinə əsasən, maliyyə sanksiyası tətbiq ediləcək.
Muğanın səsi.az AZƏRTAC-a istinadla xəbər verir ki, mövzunu şərh edən vergi eksperti Anar Bayramovun sözlərinə görə, qəzet və jurnalların satışı (əgər satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çoxdursa), kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti, qiymətli kağızların və lotereya biletlərinin satışı, elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti zamanı vergiödəyicisi yeni nəsil kassa aparatlarından istifadə etməyə bilər. Həmin şəxslər əhali ilə nağd pul hesablaşmalarını qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankı vasitəsilə həyata keçirməlidirlər: “Burada digər nəzərə alınmalı məqam ondan ibarətdir ki, Vergi Məcəlləsinə əsasən, ancaq pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər əhali ilə nağd pul hesablaşmalarını həyata keçirmək məqsədilə mütləq nəzarət kassa aparatlarından istifadə etməlidir. Digər fəaliyyət sahələri üzrə fəaliyyət göstərən şəxslər nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə bilərlər”.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter