Uşaqların V Ümumrespublika Forumunun qaliblərinə sertifikatlar verilmişdir
- 29.12.2021, 18:03, Baxış sayı:
- 374
Facebook
Вконтакте
Одноклассники
Google+
2020-ci ilin noyabrın 18-də Bakı şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Regional İnkişaf İctimai Birliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi ilə birgə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunu keçirmişdir. Hibrid iştirakçılıq formasında (iştirakçılardan 150-si birbaşa, 150-si onlayn qoşulmaqla) təşkil edilmiş tədbirdə respublikanın şəhər və rayonlarını təmsil edən 300 uşağın iştirakı ilə uşaq hüquqları sahəsində onları daha çox maraqlandıran məsələlər ətrafında müzakirələr aparılmış, bir sıra vacib sənədlər qəbul edilmişdir.
Rayon İcra Hakimiyyətində Sabirabad rayonundan bu forumda uğur qazanan şəhər 4 və 5 saylı tam orta məktəblərinin şagirdləri Aqşin Musazadəyə və Bəhruz Abasova Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş sertifikatlar təqdim edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək qazandıqları nailiyyətlərə görə şagirdlərə xoş arzularını bildirmişdir.
“Muğanın səsi”