• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Kəndli vergi uçotunda durmalıdırmı?

  • 26.10.2021, 20:57, Baxış sayı:
  • 532
Kəndli vergi uçotunda durmalıdırmı?
Kəndli vergi uçotunda dayanmalıdırmı?
Son zamanlar kənd məhsulları istehsal edən fiziki şəxslər hüquqi şəxslərə satdığı mal müqabilində sənəd təqdim etmədiyi üçün, hüquqi şəxslərin sənədləşmənin düzgün tərtib edilməməsinə zəmin yaradır. Belə hallarda hüquqi şəxslər vergi orqanı qarşısında yaranan öhdəlik zamanı, bunun yaranma səbəbini sənədlə izah edə bilmədikləri üçün sanksiyalara, cərimələrə məruz qalırlar. Şəkildə gördüyünüz məktubda onu göstərir ki, şəxs məhsul satıb, amma vergi uçotunda durmadığı üçün ona xəbərdarlıq məktubu göndərilib ki, vergi uçotuna durub VÖEN əldə etsin. Bunların edilməsi üçün heç bir rüsum ödənilmir və kənd təsərrrüfatı məhsullarının istehsalı vergidən azad olunduğu üçün, kəndli satdığı mal müqabilində vergi ödəmir.
Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanması Vergi Məcəlləsinin 71.1 maddəsində əks olunub. Bu qeydlər daha aydın olsun deyə, məsələni misal üzərində şərtləndirək.
Misal-1.
Kəndli 100 kiloqram fındığı "A" MMC-yə satdığı zaman. "A" MMC aldığı fındığı Vergi Məcəlləsinə müvafiq olaraq vergi orqanına məlumat verməyə və öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Demək "A" MMC kəndlidən 100 kiloqram fındığı aldığı zaman bu haqda vergi orqanına məlumat verməlidir və 100 kiloqram fındığı sənədləşdirməyə borcludur. "A" MMC-nin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə, vergi orqanları onların Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edir. "A" MMC mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlamalıdır. "A" MMC Vergi Məcəlləsinin 71-2 maddəsinə əsasən (130-1 maddəsi nəzərə alınmaqla yəni iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir) vergi orqanında uçotda olmayan kəndlidən fındıq aldıqda, alınmış fındığa görə alış aktları və fındığın alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib etməlidir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan kəndli tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Vergi Məcəlləsinin 16.1.11-10. maddəsinə əsasən "A" MMC vergi orqanında uçotda olmayan kəndlidən alınmış fındığa görə alış aktını tərtib etmək onun vəzifəsi hesab olunur.

Kəndlinin vəzifəsi

Vergi Məcəlləsinin 33.3. maddəsinə əsasən kəndli fındığı satdığına görə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Yəni satdığı fındığa Vergi Məcəlləsinə əsasən vergidən azad olunsa belə və buna görə onu heç bir cərimə gözləməsə də, kəndli vergi uçotunda durmalıdır və buna uyğunda ona Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) verilir. Bu VÖEN əsasən artıq o rahat şəkildə kənd təsərrüfatı məhsullarını hüquqi şəxslərə, fiziki şəxslərə sata bilər. Kəndlinin vergidən azad olunması üçün o, fındığı istehsal edən təsdiq edici sənədi və ya sənədləri vergi orqanına təqdim etməlidir.
Vergi Məcəlləsinin 102.1.11 maddəsinə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər üzrə vergi güzəştlərindən istifadə etmək hüququna malik olan şəxslərdən aşağıdakı sənədlər tələb olunur:
Kənd təsərrüfatı məhsullarının istehsalı həyata keçirilən təsərrüfat subyektləri (obyektlər) ilə bağlı təsdiqedici sənədlər;
Mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə sənədlər;
Kənd təsərrüfatı sahəsində digər istehsal obyektlərinin mövcudluğu barədə sənədlər;
Qeyd edilən torpaq və obyektlərdə istehsal prosesinin həyata keçirilməsini təsdiq edən sənədlər.
VÖEN almaq üçün isə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşır uçotda olduğu rayonun Vergi Orqanına ona verilən ərizəni doldurur və 1 gün ərzində o VÖEN alır. Əgər istəmirsə yaxınlaşmaq, bunu onlayn qaydada vergi orqanın saytı vastəsi ilə və ya 195-1 zəng etməklə edə bilər.
Qeyd: Vergi Məcəlləsinin 13.2.61.2. maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir. Əgər kəndli fındığı qovurub ləpə şəkilində qablaşdıraraq "A" MMC-yə satacaqsa, onun satdığı fınqdıq ilkin formasını yəni ağacdan yığılan formasını dəyişdiyi üçün vergiyə cəlb ediləcək.
Rauf QARAYEV, iqtisadçı-ekspert
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter