• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şəhadətinin ildönümüdür

  • 26.10.2021, 15:17, Baxış sayı:
  • 231
Şəhadətinin ildönümüdür
26.10.2021-ci il tarixində şəhidimiz Tağıyev Elnur Aydın oğlunun şəhadətinin ildönümüdür.
Elnur 1997-ci il iyunun 10-da Aydın və Səkinə Tağıyevlərin ailəsində dünyaya gəlmişdi. Üç bacının bir qardaşı idi. Anası Səkinə xanım dedi ki, Elnur mərd, vətənpərvər oğul idi. Şamaxıda tikintidə çalışırdı. Səfərbərlik olan kimi döyüşə yollandı.
Bacısı Vüsalə xanımın dediklərindən:
-Elnur idmanla məşğul olurdu. Güləşçi idi. Dəfələrlə yarışlarda birinci yerə çıxmış, mükafatlara layiq görülmüşdü. Onunla fəxr edir, qürur duyuram.
Şəhidlərin valideynləri bizimlə söhbət zamanı vurğuladılar ki, ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu düşmən üzərində şanlı qələbə qazanaraq şəhidlərin qanını yerdə qoymadı. İndi onların ruhu şaddır...
..Ruhunuz qarşısında baş əyirik, igid eloğulları, Vətən şəhidləri. Siz az yaşadınız, ancaq mənalı yaşadınız. Həyatınız qəhrəmanlıq dastanlarına çevrilib ürəklərə axdı. Siz elə yaşadınız ki, öləndən sonra da ölmədiniz. İllərin arxasından boylanıb boya-başa çatdığınız Xəlfəli kəndinə daimi sakin kimi qayıtdınız...
Elçin NƏSİB.
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter