Elə bil inəklər bizim Sabirabadı hindistanlaşdırıblar. Eynən Hindistanda olduğu kimi. Bizdə də inəklər şəhəri əməlli-başlı Dehliyə çeviriblər. Nə yol hərəkəti qanır, nə işıqfor, nə dükan - bazar, nə kafe-çayxana. Bir də görürsən küçələr boyu “zir-zibil” əlindən tərpənə bilmirsən. Elə bu yerdə sabirabadlı sürücülərə yağlı bir “malades” düşür. Niyə? Çünki hər addımda inəklərin isti peyninə düşməmək üçün əsl peşəkarlıq göstərirlər. Maneələri elə keçirlər ki, bəzən gözlərin bərələ qalır. Sonra da ağzıgöyçəklər deyirlər ki, sabirabadlı sürüçülərin çoxunun “pravası” yoxdur.