Bir neçə il öncə Milli Məclisin iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib. Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Elmira Axundova bildirib ki, bir neçə il bundan qabaq təklif irəli sürmüşdüm ki, qonşu ölkələrin, o cümlədən Rusiyanın təcrübəsini öyrənək. Yəni, köhnə model maşınları, xüsusilə də sovet istehsalı olan maşınları yol hərəkətindən çıxaraq.
Müzakirələrdən sonra qanuna edilən dəyişiklik səsə qoyularaq qəbul edilib. Əsas məsələ isə köhnə model maşın sahiblərinin sonrakı taleyidir. Belə sürücülərin hüquqlarının pozulub-pozulmaması ilə bağlı ekspertlər bildirirlər ki, artıq bu cür maşınların prizmadan yığışdırılmasının zamanı gəlib. Kimsə ailəsini dolandıra bilər, amma bu adam gedib qəzaya düşsə oradan sağ çıxmaq şansı yoxdur.
Sabirabadda yaşayan hər kəsə məlumdur ki, yollarımız sınıq-salxaq nəqliyyat vasitələri ilə doludur. Çoxuda taksavatlıqla məşğuldur. 30-45 ilin sovet maşınları olan bu taksılar yollarımızda meydan sulayır. Nəticəsi də göz qabağındadır. Demək olar ki, günaşırı yol qəzaları baş verir. Öləni də olur, yaralısı da.
Bu “Juqili” sürücülərinin çoxu yol hərəkəti qaydalarından xəbərsizdirlər. Çünki elə bu çoxluğun sürücülük vəsiqəsi belə yoxdur. Elə bil dünyada, yol da bunlarındı. Bir də görürsən sağdan ötürlər. Maqintofunun səsinə elə güc verirlər ki, yoldan keçənlər belə qulaqlarını tuturlar. Birdə kefləri harda istədi saxlayırlar. Soruşanda “niyə yolun ortasında saxlamısan, yolu kəsmisən” deyir ki, “müştərini gözləyirəm”. Ardıncada kobud ifadələr işlədir. Belə adama söz deməyə də peşman olursan. Belələrinin ədalarına baxanda doğrusu müştərilərə yazığım gəlir. Danışığını bilməyən, şit söyüşlü zarafatlar edən, ona-buna “kəlla” atan belə sürücülərin onları ölmə aparmasından xəbərləri yoxdur. Əyri təkərlərlə elə sürürlər ki, elə bil uçacaqlar. Dəfələrlə şahidi olmuşam ki, qəza törədən belələri çox vaxt hadisə yerindən qaçırlar, bəzən də günahsız birinin maşınını xurd-xəşil edib elə həyasızlıq edirlər ki, gəl görəsən.
DYP əməkdaşları humanistlik göstərir, bəzən isə hansısa məqsəd güdərək belə maşınların hərəkətinə göz yumurlar. Fikirləşirlər ki, biri ailəsini dolandırır, taksavatlıq edib çörək pulu qazanır. İndi bu adam çörək qazanacaq deyə kimsə yolda qəzaya düşüb bədbəxt olmalıdırmı? Ümumiyyətlə, bu maşınların 70-80 faizi texniki baxışdan keçmir.
Mətbuatda bir sıra vəzifəli şəxslər dəfələrlə bu sınıq-salxaq maşınların ortadan yığışdırılmasını irəli sürüb. Qeyd edək ki, Rusiya təcrübəsində artıq 92-ci ildən ( bizdə 72-ci ldən üzübəri “taksi”lər var) sonrakı maşınlar dövlət tərəfindən alınır və əvəzində kompensasiya verilir.
Ancaq Rusiyanın avtomobil sənayesi kifayət qədər inkişaf edib. Orda istənilən qiymətə avtomobil tapmaq mümkündür. Biz də isə bu məsələ bir balaca çətindir.
Başa düşürəm, kimsə ailəsini dolandırır, amma bu adam gedib hardasa qəzaya düşsə ordan sağ çıxmaq şansı yoxdur. İnsanın özünün gərək təfəkkürü, düşüncəsi ola. Bu insan bilməlidir ki, maşında yox, tabutun içində gedir. Nəinki mən, çox adam belə maşınlara tabut deyir. İnsanlara bunu mədəni qaydada başa salmaq lazımdır ki, bu təhlükəlidir.
Ekspertin sözlərinə görə, bu cür məsələlərdə əksər hallarda insanların düşüncəsi tamamilə başqa istiqamətə yönəlir. Sosial şəbəkələrdə bu tipli yazılar paylaşanda hamı qəhrəmana çevrilir, hamı o insanın taleyi ilə maraqlanır, düşünür ki, o insan neynəməlidir, necə dolanmalıdır? "Amma tutaq ki, o sürücü bir hadisə törədib, insanlar başlayır ki, "bəs yol polisi hara baxırdı?", "niyə bu dövlət strukturları işləmir?".
Bu günlərdə Sabirabad şəhərinin Heydər Əliyev prospektində gecə radələrində qəza baş vermişdi. Sürət o həddə çatmışdı ki, “07” ələ gəlmədi. Cavan bir oğlan dünyasını dəyişdi. İki körpəsi bu gündə onun yolunu gözləyir. Kimdir günahkar?!
Əlbəttə, nasaz maşında “lotu”luq edən belə şəxslər. Odur ki, bu gün üçün insanların ağzı ilə oturub-durmaq geridə qalmış bir məsələdir. Təhlükəsizlik üçün gərəkli addımlar atılmalıdır və qaydalar hər kəs üçün aydın olmalıdır.
Xatırladaq ki, indiyə qədər ölkə ərazisində ən çox xəsarət və insan tələfatı ilə nəticələnən yol qəzaları köhnə sovet maşınları və yaxud “1 manatlıq” taksilərin iştirakı ilə baş verib. Təkcə son aylar nasaz vəziyyətdə xəttə çıxan maşınlarla rayon ərazisində kifayət qədər qəza törədilib.
Gəlin ölümə can verməyəyin!!!
İ.DƏMİRQAYA
“Muğanın səsi”