• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Muğan” ağır atletika klubunun açılışı olub

  • 04.08.2022, 10:52, Baxış sayı:
  • 411
“Muğan” ağır atletika klubunun açılışı olub
“Muğan” ağır atletika klubunun açılışı olub
“Muğan” ağır atletika klubunun açılışı olub

Sabirabad şəhərində “Muğan” ağır atletika klubunun açılışında Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, millət vəkili Kamal Cəfərov və digər şəxslər iştirak ediblər.

Qonaqlar, mütəxəssislər ağır atletika klubunda yaradılan şəraitlə tanış olub, fikirlərini bölüşüb, tövsiyələrini verib, gördüklərindən razılıqlarını ifadə ediblər.
Bildirilib ki, ölkəmizdə dövlət tərəfindən idmana göstərilən diqqət və qayğının nəticəsində regionlarda da idman kompleksləri, ixtisaslaşdırılmış zallar sürətlə istifadəyə verilir, həm insanların sağlam həyat tərzi sürməsi, həm də Azərbaycanın adının beynəlxalq arenada layiqli çıxışları ilə daim uca tutacaq idmançıların yetişməsi baxımından böyük addımlar atılır.
“Muğan” ağır atletika klubu bu il yaranıb. Klubun bazası özəl sektora məxsus olan idman zalı üçün uyğunlaşdırılmış və tam yeni təmirdən çıxmış 2 zaldan ibarətdir. Ağır atletika ilə məşğul olmaq üçün bütün avadanlıqlarla təmin olunmuş xüsusi zal 150 kv.m sahədən, ikinci zal isə 120 kv.m sahədən ibarət olmaqla, trenajor avadanlıqları ilə təmin olunub.

“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter