• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

"AXIN" #SabirArt layihəsinin iştirakçıları yarışda iştirak ediblər

  • 19.07.2022, 08:34, Baxış sayı:
  • 248
"AXIN" #SabirArt layihəsinin iştirakçıları  yarışda iştirak ediblər
"AXIN" #SabirArt layihəsinin iştirakçıları  yarışda iştirak ediblər
Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və "PAŞA Holdinq" MMC-nin dəstəyi ilə keçirilən "AXIN" #SabirArt layihəsinin iştirakçıları "Milli Olimpiya Komitəsinin 30 illiyi ilə əlaqədar Ağır atletika üzrə Kubok" yarışında etüd keçiriblər.

Layihənin rəssamları ağır atletika üzrə yarışmada iştirak edən idmançıların həyəcanını və yarış prosesini impressionizm üslubunda təsvir etmək üçün etüd ediblər.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov #SabirArt layihəsinin iştirakçıları ilə görüşüb və onların fəaliyyətində uğurlar arzu edib.

Qeyd edək ki, #SabirArt layihəsinin 10 gənc rəssamından 6-ı eyni zamanda Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəssamlıq dərnəyinin üzvləridir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter