Sabirabad rayonu Mirhüseyn Məmmədov adına Nizami kənd tam orta məktəbinin əsaslı təmirdən sonra açılışı olub.
Açılışda təhsil naziri Emin Əmrullayev iştirak edib.
Bildirilib ki, yeni tikilmiş məktəb 624 şagird yerlikdir. 19 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, 2 informatika, çağırışaqədərki hazırlıq kabineti, məktəbəhazırlıq otağı, 96 yerlik akt zalı, idman zalı, kitabxana və 100 yerlik yeməkxana fəaliyyət göstərəcək.
Həmçinin açılışda qeyd olunub ki, məktəb 26 sinif otağından ibarətdir. Burada kimya, biologiya və fizika üzrə laboratoriya otaqları, fənn kabinetləri, idman zalı və kompüter otağı şagird və pedaqoji kollektivin ixtiyarına verilib.
Mərasimdə təhsil naziri Emin Əmrullayev, millət vəkilləri Kamal Cəfərov, Ramin Məmmədov, Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev iştirak edib.
Tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar.