• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Təhsil. Böyük Zəfər naminə daim uğurlarımızı artıracağıq !

  • 09.01.2021, 19:46, Baxış sayı:
  • 316
Təhsil. Böyük Zəfər  naminə daim uğurlarımızı artıracağıq !
Yenilməzliyi, qalibiyyəti, uğurlara aparan yolla addımlamağı bizlərə miras qoyan Ümummilli Liderimiz Heydər Əliyevdən öyrəndik.
Bu gün də Zəfər salnaməsini qızıl həriflərlə Azərbaycanımızn tarixinə yazan Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin arxasınca inamla addımlayırıq. Ona güvənir, onunla qürur duyuruq. Təhsil müəssisələrinin əsas vəzifələrindən biri savadlı və vətənpərvər gənclik hazırlamaqdır.
Qaratəpə kənd tam orta məktəbinin pedoqoji kollektivinin əsas amalı məhz budur. Bu istiqamətdə həyata keçirdiyimiz tədbirlərin nəticədir ki, məzunlarımız Vətən müharibəsində əsl qəhrəmanlıq nümunəsi göstərmişlər. Məzunumuz Məmmədzadə Toğrul Pərviz oğlu Vətən müharibəsində mərdlik göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Bizim Toğrulumuz məktəb illərinin şirin xatirələrini öz qanı ilə Vətən torpağına yazmışdır. Neçə-neçə yetirməmiz də döyüş meydanlarında hünər göstərərək qaziliyə ucalmışdır. Biz onların hər biri ilə fəxr edirik.
Məktəbimiz ilbəil uğurlarını artırır. Təkcə ötən tədris ilində 36 məzunumuzdan 17 nəfəri ali məktəbə, 16 nəfəri orta ixtisas məktəblərinə qəbul olunmuşdur. 2 məzunumuz İbrahimli Nərmin Vilayət qızı və Həsənov Tunal Teymur oğlu hər biri 600-dən şox bal toplayaraq ali təhsil müəssisələrinə daxil olmuşlar. Qəbul imtəhanlarında 4 məzunumuz 550-dən çox, 3 məzunumuz isə 500-dən çox bal toplamışlar.
Prezidentimiz bizlərə yalnız qələbəyə, uğurlara doğru irəliləməyi öyrətdi. Biz bu qalibiyyət yolu ilə inamla addımlayırıq. Bütün bilik və bacarığımızı gələcək nəsillərin savadlı və vətənpərlik ruhunda tərbiyyəsinə yönəltmişik. Fəxr edirik ki, Qalib Prezidentin, Qalib Millətin nümayəndəsiyik.

Gülnar Hüseynova,
Qaratəpə kənd tam orta məktəbin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter