Sabirabadlılar Qarabağ müharibəsində qazandığımız tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar ünvanlamaqda davam edirlər. Sevinc hisslərini ifadə etdikləri məktublarda vətəndaşlar dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
“Muganinsesi.az” Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.
Azərbaycan Respublikası, Sabirabad rayonu, Surra kəndi Bağırova Sadat Noğay qızı- Əzizimiz, canımız, döyünən ürəyimiz, Ali Baş Komandanımız. Nə yaxşı ki, Allah Sizi Azərbaycana bəxş edibdir. Elini, obasını, xalqını bu qədər sevən ölkə başçısına canımız qurban olsun. Azərbaycan xalqı Sizinlədir. Möhtərəm Prezident, Siz bizim əbədi Prezidentimizsiniz. Allah Sizi qorusun, xalqımızın qoruyucu mələyi! Qələbə Günün mübarək, Azərbaycan!
Azərbaycan Respublikası, Sabirabad rayonu, Güdəcühür köçkün düşərgəsi Muradov Nüsrət Qüdrət oğlu- Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan! Bu möhtəşəm qələbə günümüz, sülh müqaviləmiz mübarək olsun! İşğal olunmuş ərazilərimizi, o cümlədən qədim şəhərimiz Şuşanın işğaldan azad edilməsi xəbəri ilə bizə yaşatdığınız fərəh hisslərinə görə Sizə ailəm və şəxsən öz adımdan sonsuz təşəkkür edirəm. Siz igid əsgər və zabitlərimizlə birlikdə yeni şanlı tarix yazdınız. Sözsüz ki, bu böyük qələbə təkcə silahın gücü ilə qazanılmayıb. Bu möhtəşəm zəfər Sizin eyni vaxtda üç əsas cəbhədə - döyüş meydanında, siyasi müstəvidə və informasiya müharibəsində apardığınız gərgin mübarizə və yorulmaz fəaliyyət, nümayiş etdirdiyiniz misilsiz taktika və diplomatik məharət sayəsində mümkün olub. Hamımızı, xalqımızı uzun illər həsrətinə qovuşduran bu müqaviləni imzalayan əlləriniz var olsun! “Bir gün gələcək, bütün torpaqlarımızı azad edəcəyik!" deyən ulu öndərimiz Heydər Əliyevin ruhu şad olsun! Bu xoşbəxt günü xalqımıza Siz yaşatdınız! Bu gün bir çox ölkələrdə yaşayan hər bir azərbaycanlı deyir: Eşq olsun Ali Baş Komandana! Eşq olsun ordumuza, onun hər bir əsgərinə! Möhtərəm Prezident mən Cəbrayıl rayon sakini kimə sizə minnətdaram çox sağ olun bizə bu sevinci yaşatdığınız üçün, Siz bizim əbədi Prezidentimizsiniz. Allah Sizi qorusun, Şəhidlərimizin ruhu şad olsun! Qarabağ Azərbaycandır!
Azərbaycan Respublikası, Sabirabad rayonu, Yenikənd kəndi. Səmədova Zinyət Tahir qızı- Cənab Prezident. Əvvəla, Sizi Şuşanın azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Siz bizim qürurumuzsunuz, cənab Müzəffər Ali Baş Komandan! Sevinirəm ki, Sizin kimi mərd, dəyanətli Prezidentimiz var. Hətta o qədər sevincliyəm ki, hisslərimi ifadə etməkdən ötrü söz tapmağa da çətinlik çəkirəm. Qarabağ Azərbaycandır!