• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

HƏMYERLİMİZ-XALQ RƏSSAMI Rafiq Nəsirov

  • 13.11.2020, 12:20, Baxış sayı:
  • 860
HƏMYERLİMİZ-XALQ RƏSSAMI Rafiq Nəsirov
Rafiq Əliş oğlu Nəsirov — Azərbaycan rəssamı, Azərbaycan Respublikasının əməkdar və xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2017).
Həmyerlimiz- Rafiq Əliş oğlu Nəsirov 27 may 1947-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbə, 1961-ci ildə isə Politexnik texnikumumun memarlıq fakültəsinə daxil olmuşdur. Sonra 1964-cü ildə texnikumu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakultəsinə daxil olmuşdur.
1969-cu ildən C. Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edir ve həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərir.
Bu illər ərzində 40-dan artıq bədii filmin quruluşçu rəssamı olub. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adını almış, 2003-cü ildə isə «Bakılı» Beynəlxalq Mədəniyyət Cəmiyyəti Akademiyasının «Humay» mükafatı ilə təltif edilmişdir.
2005-ci ildən Azərbaycan Kinostudiyasının baş rəssamı vəzifəsində çalışır. 2007-ci il avqustun 1-də ölkə Prezidentinin Sərəncamı ilə ona Xalq rəssamı fəxri adı verilmişdir. 2017-ci ildən Prezident təqüdçüsüdür.

Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter