• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

TÜRKPA-nın Bakıda keçirilməsi qlobal əhəmiyyətə malikdir

  • 10.06.2024, 12:13, Baxış sayı:
  • 45
TÜRKPA-nın Bakıda keçirilməsi qlobal əhəmiyyətə malikdir

Bu gün türk dövlətlərinin birliyi beynəlxalq aləmdə ciddi güc mərkəzi kimi qəbul olunur. Qardaş ölkələrin birgə fəaliyyəti, qəbul etdikləri qərarlar qlobal iqtisadi-siyasi proseslərə təsir edir, digər dövlətlər, təşkilatlar Türk dövlətləri ilə əməkdaşlığa böyük maraq göstərirlər. Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsində Türk Dövlətləri Təşkilatının, o cümlədən TÜRKPA-nın rolu böyükdür.
TÜRKPA-nın Bakıda keçirilən plenar iclası və bu iclasda müzakirə olunan məsələlər regional , eyni zamanda, qlobal əhəmiyyətə malikdir. Azərbaycan Türk birliyinin aparıcı üzvü kimi bu ittifaqın daha da güclənməsinə çalışır. Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biri də Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsidir. Əlaqələrimiz bütün sahələrdə intensiv xarakter alıb və zamanın tələblərinə uyğun olaraq inkişaf edir. Prezident İlham Əliyev TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının bir qrupunu qəbul edərkən də söhbətin əsas məğzini türkdilli ölkələr arasında əlaqələrin bundan sonrakı inkişafı təşkil edib.
Türk Dövlətləri Təşkilatı ona üzv dövlətlərin inkişafına müsbət təsir göstərir. İqtisadi və siyasi aspektlərdə əməkdaşlıqlar dolayısı ilə hər bir dövlətin inkişafına səbəb olur. Ölkə Prezidentinin dediyi kimi, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Ümumiyyətlə, Prezident İlham Əliyevin TÜRKPA nümayəndə heyəti ilə görüşündə söylədiyi fikirlər Türk dünyasının həm bu günü, həm də gələcəyi üçün əhəmiyyət daşıyır. İndiki məqamda əsas vəzifələrdən biri türk dövlətləri arasında əməkdaşlığı genişləndirməkdir. Türk dünyasının qanunverici orqanının yaradılması və fəaliyyəti özlüyündə çox böyük siyasi məna kəsb edir.
Sürətli və davamlı təmaslara ehtiyacın olduğunu xüsusi vurğulayan Prezidentimiz Zirvə görüşünün ildə bir dəfə keçirilməsinin kifayət etmədiyini bildirib. Həmin görüşdə nəqliyyat və iqlimlə bağlı müzakirələrin aparılacağı qeyd edilib. Çünki nəqliyyat sektoru Türk dünyasının birləşməsi üçün lazım olan əsas infrastrukturdur. İşğaldan azad edilən torpaqlarda bu gün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir sıra layihələr həyata keçirilməkdədir. Dövlətimizin başçısı görüşdə TÜRKPA-nın toplantısının böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında yaxından iştirak edən Türk dünyasının dövlətləri həm 44 günlük Vətən müharibəsində, həm də ondan əvvəlki və sonrakı dövrlərdə, bütün beynəlxalq səviyyəli tribunalarda ölkəmizə dəstək nümayiş etdiriblər. Hətta Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Təşkilatında təmsil olunan qardaş ölkələr İrəvana deyil, məhz Azərbaycana dəstək nümayiş etdirdilər. Bu, Azərbaycan siyasi rəhbərliyinin yürütdüyü düzgün diplomatiyanın, səmimi dostluq, qardaşlıq münasibətlərinin nəticəsində mümkün olub. Azad edilmiş torpaqlarda Özbəkistanın və Qazaxıstanın təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb binası və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bir məktəb binasının təməli isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonunda isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb binası inşa ediləcək. İşğaldan azad edilmiş torpaqlarda icra olunan layihələrin podratçılarının əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Bu da Türk dünyasının birliyinin göstəricisidir”.
Azərbaycan Prezidentinin TÜRKPA nümayəndə heyəti ilə görüşündə Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına və digər qurumlara üzv olması ilə bağlı söylədiyi fikirlər Türk birliyinin möhkəmlənməsinə və genişlənməsinə xidmət edir: “Təkcə Şimali Kipr Türk Respublikası deyil, müstəqil dövləti olmayan türk xalqları da gələcəkdə Türk birliyinin üzvü olacaq. Biz buna inanırıq. Prezident İlham Əliyevin görüşdə söylədikləri, əslində Türk dünyasının yol xəritəsidir. Azərbaycan Prezidenti çıxışında Ermənistanla bağlı məsələləri bir daha gündəliyə gətirdi və qeyd etdi ki, Ermənistan və onun havadarları regionda sülh istəyirlərsə, bu ölkənin konstitusiyasında mütləq dəyişiklik etməlidir. Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan əsassız ərazi iddiaları çıxarılmalıdır. Bu dəyişikliklər regionda gələcəkdə davamlı sülhün təməlini qoyacaq”.

Vüqar Hüseynov,
Sabirabad rayon Su Kanal sahəsinin müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter