• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Möhtəşəm 10 dekabr Zəfər paradı tariximizin ən şərəfli hadisəsi idi

  • 10.12.2023, 17:00, Baxış sayı:
  • 140
Möhtəşəm 10 dekabr Zəfər paradı tariximizin ən şərəfli hadisəsi idi

Azərbaycan tarixinə nəzər saldıqda görərik ki, Vətənimiz və millətimiz adına ən parlaq günlərdən biri Azadlıq meydanında Zəfər paradının keçirilməsi idi. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin məntiqi sonluğu kimi 10 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bütün dünyaya səs salan Zəfər paradı baş tutdu. Bu parad illərdir haqqı tapdalanmış, xain düşmən tərəfindən hiyləgərcəsinə məhv etmək istədiyi xalqın yenidən doğuluşu, qüvvəsini bir yerə toplayaraq istənilən qarşı qüvvənin başını əzməyə qadir olan ordunun qələbə nümayişi idi. Azərbaycan Ordusu 30 ilin nisgilinə son qoymuş, müharibədə əldə olunan Qələbə 10 noyabr üçtərəfli Bəyanatın imzalanması ilə nəticələnmişdi. Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Dünya bir daha bu reallığın şahidi oldu ki, ermənilər nə qədər havadarlarına arxalanıb işğal altında saxladıqları torpaqlarımızda istehkamlar qursalar da, güclü hərbi texnika ilə təmin olunsalar da Azərbaycan Ordusu Zəfəri ilə dünyaya səs saldı. Ermənistanın işğaldan azad edilmiş ərazilərdə qurduğu istehkamlar bu reallığın təsdiqi idi ki, torpaqlarımızı danışıqlar əsasında geri qaytarmaq fikrində deyildi. Ermənistanın baş nazirinin müharibənin gedişi dövründə müsahibələrində məsələnin diplomatik yolla həllinin mümkünsüzlüyünü bildirməsi də sadəcə söz deyildi. Azərbaycan Ordusu Ermənistana tarixdə heç zaman unuda bilməyəcəyi dərsi verdi. Müzəffər Ali Baş Komandanımız informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev inamla səsləndirdiyi “Qarabağ Azərbaycandır!” bəyanatını reallaşdırmaqla mümkünsüzü mümkün etdi. Türkiyə ilə Azərbaycan yumruq kimi birləşərək təkcə Ermənistana deyil, illərdən bəri işğalçını dəstəkləyən ədalətsiz güclərə sübut etdi ki, döyüş meydanında Zəfəri təkcə tanklarla, toplarla deyil, ağılla, zəka ilə, düşünülmüş siyasətlə qazanmaq olar.
Bu möhtəşəm Zəfər paradı həm də Azərbaycanın müdafiə qüdrətinin, əsgər və zabitlərimizin peşəkarlığının, cəsarətinin, qəhrəmanlığının nümayişi oldu. Paradda Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisəyə çevrildi. Zəfər paradının şahidləri kimi taleyimizin xoşbəxt, əlamətdar hadisəsini yaşadıq həmin gün. Ölkəmizin Vətən müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bütün dünyada maraqla izlənilirdi. Müstəqilliyimizin mübarizə məkanı olan Azadlıq meydanında Ali Baş Komandan, Prezident İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi çıxışları, 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, Azərbaycan Silahli Qüvvələrinin 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemlərinın, hərbi gəmi və katerlərin nümayiş olunduğu anlar tarixin yaddaşına əbədi həkk olundu. İşğal dövründə düşmən ölkənin rəsmiləri bəyan edirdilər ki, Azərbaycan öz torpaqlarını geri qaytarmağa cəhd göstərsə, Ermənistan ordusunun texnikası Bakıyadək irəliləyəcək. Belə sərsəm açıqlamalarla ermənilər Ermənistan silahlı qüvvələri barədə “yenilməz ordu” mifi yaratmağa çalışırdılar. Vətən müharibəsinin nəticələri bu mifi tar-mar etdi. Bəli, düşmənin hərbi texnikası Bakıya gəldi, ancaq hərbi qənimət qismində. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Müharibə zamanı 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edildi və ya qənimət kimi götürüldü. Düşmənin 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər texnikaları da hərbi qənimətlər sırasındadır. Düşmən ordusundan götürülən hərbi qənimətlərin bir qismi Zəfər paradında nümayiş olundu. Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalarından biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə idi.
Beləliklə, əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi, bu gün də qazanılmış böyük uğur və nailiyyətlərlə özünü sübuta yetirməkdədir.

Bahadur Cəfərov,
Sabirabad RİH başçısının Qaragüney kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter