• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Zəfər paradı – Əbədi qardaşlıq rəmzidir

  • 09.12.2022, 15:19, Baxış sayı:
  • 244
Zəfər paradı – Əbədi qardaşlıq rəmzidir
27 sentyabr 2020-ci il Azərbaycan tarixinə yazılmış şanlı bir gün oldu. Artıq 30 ilə yaxın bir dövrdə Erməni işğalı altında qalan torpaqlarımızın azad olunması üçün Müzəffər Ordumuz əkshücüm əməliyyatına başladı. Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsini qələbə ilə başa vurdu. Vətən Müharibəsi zamanı düşməni ağır məğlubiyyətə uğradaraq torpaqlarımızdan çıxaran Müzəffər Ordumuz 30 il işğal altında qalan, erməni vandalları tərəfindən darmadağın edilən rayon və kəndlərimizi şəhidlər verərək, qan tökərək geri aldı. Azərbaycanın Müzəffər ordusu 5 min kvadrat kilometr ərazisini döyüş meydanında heç bir güllə atmadan, şəhid vermədən siyasi meydandakı qələbə sayəsində qaytardı. Bu Azərbaycanın tarixi, parlaq qələbəsidir. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır.
Azərbaycan son 200 illik tarixində itirdiyi torpaqları Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, vətəninə və torpağına olan böyük məhəbbəti, eyni zamanda igid əsgər və zabitlərimizin şücaəti və xalqın birliyi ilə işğaldan azad etdi.
Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilən Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etdi. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi. Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olundu.
Bu gün paytaxtın Xətai rayonu ərazisində yaradılan Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərir. Azərbaycan xalqı və Azərbaycan dövləti bu Böyük Qələbəyə 30 illik uzun, çətin və şərəfli bir yolu qət edərək nail oldu.
Dövlətimizin başçısı, Ali Baş Komandan sakinlər, əsgər və zabitlərlə görüşlərində də dəfələrlə qeyd etdiyi kimi, istər aprel döyüşləri, istərsə də eyni zamanda, 44 günlük Vətən Müharibəsində ordumuzun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları onun döyüş əzmini, gücünü və peşəkarlığını göstərdi. Bu döyüşlər dünyanın bir çox inkişaf etmiş ölkələri tərəfindən hərbi dərsliklərə salınır və öyrənilir. Bu döyüşlər bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır və xalq–iqtidar birliyi bu gün yüksək səviyyədə təmin olunur. Azərbaycan xalqı öz liderinə inanır və önun ətrafında Dəmir Yumriq kimi birləşərək düşməni yerlə yeksan etdi.

Faiq Hüseynov,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter