• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Müstəqil Azərbaycanın Zəfər paradı

  • 16.12.2021, 10:23, Baxış sayı:
  • 628
Müstəqil Azərbaycanın Zəfər paradı
10 dekabr - Zəfər paradının ildönümü tamam oldu. 1 il əvvəl Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bakının baş meydanında bu günə qədər bir çox parad olub. Amma Zəfər paradı tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusu ilk dəfə idi ki, Zəfər paradı keçirirdi.
Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi, döyüşlərdən qalib çıxmış ordunun yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi.
Bu paradın ən önəmli məqamlarından biri heç şübhəsiz Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaların nümayiş etdirilməsi idi. Ermənistanın 27 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadı, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndü.
Qənimət götürülmüş hərbi texnikanın paradda nümayişi müharibədən sonra Ermənistana vurulan növbəti zərbə oldu. Bu mənada Azərbaycan Ordusunun Zəfər paradı həm də dünya erməni faşizminə, Ermənistanın havadarlarına verilən mesaj idi: Bundan sonra Ermənistanın bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə cürəti çatmayacaq.
Azərbaycan 44 günlük müharibə ərzində ədalətli şəkildə müharibə apararaq qalib gəldi. Zəfər paradı dünyaya mesaj verdi - Azərbaycan qalib ölkədir.
Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. 44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi.
Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu.
Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak etdilər. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsi­nə həsr olunmuş Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər qatılaraq nümayiş olundu.
İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Bu müharibədə rəşadətli Azərbaycan Ordusu İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Ermənistanı döyüş meydanında darmadağın edərək onun işğal siyasətinə son qoydu. Ona görə bu müharibə müasir tariximizin Zəfər salnaməsinə çevrildi.
Kamran İBRAHİMOV ,
Vətən müharibəsi qazisi

Müstəqil Azərbaycanın Zəfər paradı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter