• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ölkə Prezidenti Ermənistana növbəti mesajlarını çatdırdı

  • 08.12.2023, 16:00, Baxış sayı:
  • 172
Ölkə Prezidenti Ermənistana növbəti mesajlarını çatdırdı

Azərbaycanın müxtəlif mövzularda beynəlxalq konfranslara və forumlara ev sahibliyi artıq ənənə halını alıb. Dekabrın 6-da ölkəmiz yenidən dünyanın diqqətini özünə yönəltdi. Belə ki, ADA Universitetində ənənəvi olaraq keçirilən beynəlxalq tədbirlər sırasına daha biri əlavə olundu. Dövlət başçısı İlham Əliyevin iştirakı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forum keçirildi. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə dolğun məlumatların əldə olunması, Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaratdı. Prezident İlham Əliyev “Mən bu cür toplantıları faydalı hesab edirəm, çünki bu təmas vaxtı biz bir sıra vacib məsələləri müzakirə edirik. Mən də beynəlxalq ekspert dairələrində regionumuzda cərəyan edən son proseslərlə bağlı hansı sualların olduğunu daha da yaxşı anlayıram” kimi fikirləri ilə beynəlxalq tədbirlərin əhəmiyyətini açıqladı. Bir daha qeyd olundu ki, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır.
Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycan həqiqətlərinin təbliğində zəngin mənbədir: “Bu baxımdan cənab İlham Əliyevin Forumdakı çıxışı da biri-birindən mühüm məqamları, çağırışları, Ermənistana və havadarlarına ünvanlanan mesajları ilə diqqətdə oldu. 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi, postmünaqişə dövrünün reallıqları barədə Forum iştirakçılarına geniş məlumat verən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Bunu sülh yolu ilə etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı.
Cənab İlham Əliyevin hər bir çıxışında 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə və onun yaratdığı reallıqlara xüsusi diqqət yönəldilir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Lakin Ermənistan ötən üç ildə sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə səy göstərmədi. Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışında vurğulandığı kimi, imzalarına hörmət edəcəklərinə, uzun müddət davam edən qarşıdurmaya son qoymaq üçün vacib addımlar atacaqlarına ümid edirdik. Ermənistan öz qoşunlarını Qarabağdan çıxarmalı idi. Onlar müxtəlif səbəblərdən bunu etmədilər. Aparılan bir gündən də az lokal antiterror tədbirləri nəticəsində suverenliyimizi bərpa etdik.

Nadir Quliyev,
Sabirabad rayonu, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter