• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ölkəmizdə keçirilən hər bir beynəlxalq tədbir Azərbaycan həqiqətlərinin təbliğinə xidmət edir

  • 09.12.2023, 12:00, Baxış sayı:
  • 200
Ölkəmizdə keçirilən hər bir beynəlxalq tədbir Azərbaycan həqiqətlərinin təbliğinə xidmət edir

Dekabrın 6-da ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum xüsusi əhəmiyyətə malikdir. Forumda dünyanın 30 ölkəsindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloqlar iştirak edib. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olundu, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət başçısı İlham Əliyev Forumda 30 il düşmən tapdağı altında qalan torpaqlarımızda son üç ildə aparılan bərpa-quruculuq işlərindən danışaraq qeyd etdi ki, keçmiş məcburi köçkünlərə maksimal həyat şəraitini yaratmaq üçün əlimizdən gələni etməyə çalışırıq. Onlar buna layiqdirlər. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, bərpa işlərinin mümkün qədər tez getməsini istəsək də, ən yaxşı memarlıq təcrübəsinə əsaslanaraq, ən yaxşı texnologiyalardan irəli gələrək, yaşıl texnologiyaları tətbiq etməklə və həmçinin ən yaxşı şəraitləri yaratmaqla buna nail olmağımızı anlayırıq. Dövlət başçısı İlham Əliyev, həmçinin çıxışında Qarabağda əsas maneənin basdırılmış minalar olduğunu qeyd etdi. Bildirdi ki, bunun üçün maliyyə ehtiyatlarımız səfərbər edilib. Qarabağın dirçəldilməsi ən mühüm prioritetdir. Çünki insanlar da öz yerlərinə qayıdacaqları vaxtı gözləyirlər.
Prezident İlham Əliyev tarixi Zəfərimizdən sonra Azərbaycanın Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsini təklif etməsindən, iki ölkə arasında imzalanacaq sülh sazişinin beynəlxalq ekspertlər tərəfindən də lazımi şəkildə araşdırılmasının vacibliyindən bəhs edərək bu reallığı da forum iştirakçılarının diqqətinə çatdırdı ki, otuz ildən artıq davam edən işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdıq. Sülh müqaviləsinin prinsipləri tərtib edilib Ermənistana göndərildi, lakin yenə də sükut oldu. Sonra beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu, tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil.
Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycan həqiqətlərinin, artıq tarixin arxivinə atılan Qarabağ münaqişəsinin əsl mahiyyətinin öyrənilməsi üçün zəngin mənbədir. Prezident İlham Əliyev bütün platformalardan bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən, onlar tərəfindən ədalətin və beynəlxalq hüququn “unudulmasından” danışır və mesajlarını çatdırır. Sözügedən Forumda “Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar” söyləyən dövlətimizin başçısı onu da əlavə etdi ki, Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər: “Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər.”
Bu gün günümüzün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Bunun üçün Azərbaycanın bu təklifini dəstəkləyən Ermənistan, həmçinin digər ölkələr bəyanatlardan real addımlara keçməlidirlər. Dövlət başçısı İlham Əliyev Forumda belə bir çağırışı da etdi ki, biz artıq Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyirik.

Əliqulu Babaşov,
Sabirabad rayonu, “34 saylı Yol istismarı” MMC-nin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter