• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şuşadan Ermənistana göndərilən xəbərdarlıqlar

  • 06.05.2023, 00:34, Baxış sayı:
  • 213
Şuşadan Ermənistana göndərilən xəbərdarlıqlar
May ayının 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı Prezident İlham Əliyev həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən açıqlamalar verdi. Prezident İlham Əliyev çevik və zəngin diplomatik məharəti ilə regionda yaratdığı yeni reallıqların prinsiplərini, Azərbaycanın milli maraqlarını tam şəkildə ifadə etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı ölkəmizin haqlı mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırdı. Dövlətimizin başçısı xüsusilə Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları prosesinə toxundu, rəsmi Bakının prinsipial mövqeyini lazımi ünvanlara çatdırdı. Ermənistan hələ də danışıqlar masasında qeyri-konstruktiv mövqe nümayiş etdirir, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan boyun qaçırır. Beynəlxalq dairələr, sülh prosesinə töhfə verməyə çalışan ölkələr təcili olaraq Ermənistana ciddi təzyiqlər göstərməlidir. Çünki əgər vasitəçilik missiyası ilə çıxış edən tərəflər Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsində həqiqətən də maraqlıdırlarsa, bu zaman Ermənistanı sülhə məcbur etməlidirlər. Ermənistan rəhbərliyi sülhə gəlməzsə, bölgədə gərginlik davam edəcəkdir.
Öz çıxışında Prezident İlham Əliyevin xüsusilə bildirib ki, “əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq”. Cənubi Qafqazda davamlı sülh olmadan regional sabitlikdən danışmaq mümkün deyil. Dövlətimizin başçısı, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın yalnız öz hasilatını ixrac etməklə kifayətlənmədiyini, Azərbaycanın digər ölkələrin, o cümlədən Qazaxıstanın enerji məhsullarının ixracı üçün hazır olmasını diqqətə çatdırdı. Lakin bunun üçün müəyyən şərtlərin mövcud olmasını, o cümlədən keyfiyyət məsələlərinin həll olunması yollarına dair kifayət qədər aydın olan açıqlamalar verdi. Məhz buna görə də Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır.
Ermənistanın mövqeyi onun çətin dalana dirənməsi ilə nəticələnəcək. Çünki istər hərbi, istərsə də siyasi tərəfdən Azərbaycan ondan qat-qat güclüdür. Fakt odur ki, Ermənistan 44 günlük acı məğlubiyyətə düçar olandan bu günə qədər heç nəyə nail ola bilməyib. Azərbaycan isə hərbi və siyasi cəhətdən istədiyinə nail olub. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Ermənistan sülh istəmirsə, sülh olmayacaq. İrəvan sülh istəmirsə, növbəti hərbi təxribatlara hazırlaşırsa, həmişə olduğu kimi, yenə də Azərbaycanın öldürücü zərbəsi ilə üzləşəcək
Şuşa konfransı Azərbaycanın həm regional problemlərin həllində, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan biri olmasını beynəlxalq ictimaiyyətə çatdırmaq bir daha baxımından mühüm platforma oldu. Bu tədbir, həmçinin Prezident İlham Əliyevin regionun gələcəyi ilə bağlı aydın baxışlarının olduğunu bir daha göstərdi.

Ceyhun Həsənov,
Sabirabad rayonu “Əmin” marketlər şəbəkəsinin əməkdaşı, Vətən Müharibəsi veteranı, ehtiyatda olan zabit
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter