Fatma Hüseynova ilə görüş
- 20.09.2023, 19:38, Baxış sayı:
- 295
Facebook
Вконтакте
Одноклассники
Google+
Milli Məclisin deputatı Kamal Cəfərov və “PAŞA Holding” MMC-nin dəstəyi ilə keçirilən “Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin iştirakçıları Ulu Öndərin fəaliyyəti ilə bağlı təəssüratlarını paylaşıblar.
Sabirabad rayonunda olarkən onlar Sosialist Əməyi Qəhrəmanı, I dərəcəli “Əmək” ordenli, pambıqçı Fatma Hüseynova ilə görüşmüşlər. O, gözəl çay süfrəsi hazırlamış və çay süfrəsinin arxasında Ulu Öndərimiz Heydər Əliyev haqqında onunla olan xatirələrini layihə iştirakçıları ilə bölüşmüşdür. Fatma xanım bildirmişdir ki, o məni öz qızı sanırdı və öz həyat yoldaşı Zərifə xanıma belə demişdir ki, mənim bir qızım yox, iki qızım var.
Fatma xanım eyni zamanda demişdir ki, Ulu Öndər Heydər Əliyev kənd təsərrüfatını yaxşı bilirdi, əkin sahəsinin hər tərəfini gəzirdi, detallara xüsusi əhəmiyyət verirdi. O, həm də çox mərhəmətli insan idi. Həmişə bizim qayğılarımızla şəxsən maraqlanırdı, taleyimizə şərik olurdu.