• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Əməkdar rəssam Rəşad Mehdiyev #SabirArt layihəsinin iştirakçılarına master-klas keçib

  • 21.09.2022, 15:30, Baxış sayı:
  • 299
Əməkdar rəssam Rəşad Mehdiyev #SabirArt layihəsinin iştirakçılarına master-klas keçib
Azərbaycan Respublikasının əməkdar rəssamı Rəşad Mehdiyev Sabirabad şəhərində #SabirArt layihəsinin iştirakçıları ilə görüşdü.
Rəşad Mehdiyev gənc rəssamların bu sənətə başlamaq səbəbi və bu günə qədər hazırlıq prosesləri ilə bağlı suallar verdi. Əməkdar rəssam gəncləri öz arzularını sona qədər həyata keçirməyə, öz üzərilərində daim işləməyə və inkişaf etməyə çağırdı.
Daha sonra Rəşad Mehdiyev gənc rəssamların əl işləri ilə tanış oldu, rəsm incəsənətinin incəlikləri ilə bağlı öz tövsiyyələrini verdi və onların suallarını cavablandırdı.
#SabirArt layihəsinin təşəbbüskarı, Milli Məclisin deputatı Kamal Cəfərov əməkdar rəssam Rəşad Mehdiyevdən xahiş etdi ki, gənc rəssamların əl işlərindən bir neçəsinə kiçik detallar əlavə edərək həmin rəsmlərin birgə müəllifi olsun. Bu həm gənc rəssamlar üçün böyük motivasiyadır, həm də layihənin gələcək perspektivi üçün xüsusi əhəmiyyət daşıyır. Rəşad Mehdiyev gənc rəssamların dörd əl işini seçərək, özü ilə studiyasına apardı. Gənc rəssamların bütün işlərin ilin sonunda sərgisi keçiriləcək.
Qeyd edək ki, #SabirArt layihəsi Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və “PAŞA Holding”in dəstəyi ilə keçirilir. Layihə çərçivəsində iştirakçılara 6 ay müddətində hər həftənin 6-cı günləri “ArtEvi” incəsənət emalatxanasının rəssamı Aygün Xanalıyeva tərəfindən YAP Sabirabad rayon təşkilatının Təlim Mərkəzində dərs keçirilir.
Layihə iştirakçıları “Şuşa ili” çərçivəsində sentyabr ayında Şuşa şəhərinə səfər edərək etüd keçəcəklər.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter