• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzində müşavirə

  • 04.08.2023, 15:20, Baxış sayı:
  • 256
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzində müşavirə
İyulun 13-də Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında pambıq sahələrinin vaxtında suvarılması və qarşıda duran vəzifələrə dair müşavirə keçirilmişdir.
Müşavirədə kənd təsərrüfatına xidmət edən təşkilatların təmsilçiləri, rayonun ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak etmişlər.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydar Yaqubov məlumat verərək qeyd etmişdir ki, rayonun ərazisində cari təsərrüfat ilində 12 min hektardan artıq sahədə pambıq əkilmişdir.Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlərin nəticəsində yaxşı çıxış alınmış, aqrotexniki tədbirlərin növbəti mərhələsi uğurla davam etdirilir. Lakin suyun bölüşdürülməsi və növbəli verilməsində bəzi ərazilərdə hələ də çətinliklər mövcuddur.
Müşavirədə pambığın becərilməsi mövsümündə mövcud vəziyyət, qarşıda duran çətinliklər, su limitindən istifadəyə nəzarət, sudan qanunsuz istifadənin qarşısının alınması, əkin sahələrinə planlaşdırılan suyun verilməsi ilə bağlı və digər məsələlər müzakirə olunmuşdur.
Qarşılıqlı anlaşma şəraitində keçən müşavirədə hər bir sahənin rəhbərinin təklif və iradları dinlənilmiş, vacibləri köməklik göstərilməsi məqsədi ilə qeydiyyata götürülmüşdür.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter