• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Kənd təsərrüfatı işlərinin gedişi müzakirə olunub

  • 05.05.2022, 02:36, Baxış sayı:
  • 375
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı fermerlərlə səyyar görüşlər keçirib. Rayonun kəndlərində baş tutan görüşlərdə inzibati ərazi dairələrinin rəhbərləri, bələdiyyə sədrləri, Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri, kənd təsərrüfatına xidmət edən qurumların təmsilçiləri iştirak ediblər.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydar Yaqubov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ərzaq təhlükəsizliyinin təmin olunması, bu məqsədlə torpaq və su resurslarından daha səmərəli istifadə edilməsi, yüksək məhsuldarlığın əldə olunması qarşımıza qoyulmuş əsas vəzifələrdir. Rayonda fermerlərlə işin sürətləndirilməsi, Dövlət Proqlamları ilə əlaqədar işlərin koordinasıyalı şəkildə həyata keçirilməsi, fermerlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi, gübrə, toxum və texnika ilə təminat ön plana çəkilib.
Heydar Yaqubov görülmüş işlər və qarşıda duran vəzifələr, dövlət tərəfindən fermerlərə göstərilən dəstək, yeni innovativ texnologiyaların tətbiqi, həmçinin aqrar sahədə aparılan struktur islahatları nəticəsində çevik idarəetmə mexanizminin yaradılması, kənd təsərrüfatına xidmət edən yerli qurumlarla, fermerlərlə işin səmərəliliyinin artırılması, beynəlxalq təcrübəyə əsaslanan informasiya və məsləhət xidmətinin əhəmiyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə bitki mühafizə tədbirlərinin vaxtında və düzgün aparılması, fermerlərə informasiya və məsləhət xidmətinin təşkili, özəl baytarlıq xidmətlərinin üstünlükləri, yerli qurumlarla işin düzgün təşkili, subsidiya mexanizmi ilə bağlı işlərin sistemli şəkildə qurulması və digər məsələlər barədə ətraflı məlumat verilib.
Görüşlərdə kənd təsərrüfatı işlərinin gedişi, aqrar sahənin inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirələrin sonunda bu formatda görüşlərin mütəmadi olaraq davam etdirilməsi qərara alınıb, qaldırılan məsələlərin operativ həlli üçün tapşırıq və tövsiyələr verilib.

E. NƏSİB,
“Muğanın səsi”

Kənd təsərrüfatı işlərinin gedişi müzakirə olunub
Kənd təsərrüfatı işlərinin gedişi müzakirə olunub
Kənd təsərrüfatı işlərinin gedişi müzakirə olunub
Kənd təsərrüfatı işlərinin gedişi müzakirə olunub
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter