Müşavirə keçirilmişdir
- 08.02.2023, 14:19, Baxış sayı:
- 302
Facebook
Вконтакте
Одноклассники
Google+
Yanvarın 19-da pambıq istehsalı və tədarükü ilə məşğul olan “MKT İK”, “P-Aqro”, “Azərpambıq”, “Taş obası”, “Aqro Az”, “AzTəsərrüfat” və “Apeks” şirkətlərinin yerli, həmçinin Suvarma Sistemləri idarəsinin və “Aqrolizinq” ASC-nin rayon nümayəndəliyinin rəhbərlərinin iştirakı ilə “2022-ci ildə pambıq istehsalı zamanı yaranmış problemlər və 2023-cü ildə qarşıya qoyulmuş məqsədlər” mövzusunda Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında müşavirə keçirilmişdir. Müşavirədə rayonun ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və qabaqcıl fermerlər iştirak etmişlər.
Qarşılıqlı anlaşma şəraitində keçən müşavirədə hər bir sahənin rəhbərinin təklif və iradları dinlənilmiş, vacibləri köməklik göstərilməsi məqsədi ilə qeydiyyata götürülmüşdür.
Ötən il Sabirabad rayonu üzrə 11696 hektar sahədən əldə olunmuş 35600 tondan artıq pambıq məhsuluna görə bu sahədə zəhməti olmuş hər bir kəsə minnətdarlıq ifadə edilmişdir.
Müşavirədə “Apeks” MMC-nin rəhbəri Cavid Muxtarov müəssisənin yeni yarandığını və maddi çətinliklə üzləşdiklərini bildirirərək pambıq istehsalı zamanı istifadə olunan kənd təsərrüfatı texnikalarının, xüsusilə 2 ədəd pambıqyığan kombaynın əldə olunmasına, digər müəssisə rəhbərləri əkinlərin suvarılmasında “H” kanalını qidalandıran nasos stansiyada işlərin qaydaya salınmasına, həmçinin vaxtı ilə Araz çayından 30,5 min hektar ərazini suvarma suyu ilə təmin edən baş “Mürsəlli” suvarma kanalının suyunun olmadığından onun alternativ yolla bərpa edilməsinə kömək göstərilməsini xahiş etmişlər.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektoru