• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Kənd təsərrüfatı işlərinin gedişi müzakirə olunub

  • 01.03.2023, 10:36, Baxış sayı:
  • 191
Fevralın 13-də Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri, kənd təsərrüfatına xidmət edən qurumların təmsilçiləri iştirak etmişlər.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydar Yaqubov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ərzaq təhlükəsizliyinin təmin olunması, bu məqsədlə torpaq və su resurslarından daha səmərəli istifadə edilməsi, yüksək məhsuldarlığın əldə olunması qarşımıza qoyulmuş əsas vəzifələrdir. Rayonda fermerlərlə işin sürətləndirilməsi, Dövlət Proqlamları ilə əlaqədar işlərin koordinasıyalı şəkildə həyata keçirilməsi, fermerlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi, gübrə, toxum və texnika ilə təminat ön plana çəkilib. Kənd təsərrüfatı daim dinamik inkişaf edən sahə olduğu üçün biz məqsədlərimizə çatmaq üçün qarşımıza qoyulmuş bütün vəzifələrin icrasını təmin etməli, ölkə Prezidenti tərəfindən qarşımıza qoyulan vəzifələrin həyata keçirilməsi üçün səylə çalışmalıyıq.
Heydar Yaqubov görülmüş işlər və qarşıda duran vəzifələr, dövlət tərəfindən fermerlərə göstərilən dəstək, yeni innovativ texnologiyaların tətbiqi, həmçinin aqrar sahədə aparılan struktur islahatları nəticəsində çevik idarəetmə mexanizminin yaradılması, kənd təsərrüfatına xidmət edən yerli qurumlarla, fermerlərlə işin səmərəliliyinin artırılması, beynəlxalq təcrübəyə əsaslanan informasiya və məsləhət xidmətinin əhəmiyyəti barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, aqrar sektorun inkişafına dövlət tərəfindən hərtərəfli dəstək davam etdirilir, fermerlərin bu tədbirlərdən istifadə etmək imkanları asanlaşdırılır, bu istiqamətdə şəffaflıq, hesabatlıq və əlçatanlıq təmin olunur. Görülmüş işlər nəticəsində uğurlu nailiyyətlər qazanılıb. Ötən il torpaq, su və digər resurslardan düzgün istifadə etməklə əməli işlər görülüb və uğurlu nəticələr əldə olunub...Cari ildə də nəzərdə tutulmuş işlərin səmərəliliyini daha da artırmaq üçün aqrar sahəyə xidmət edənlərin üzərinə böyük vəzifələrin qoyulub.
Tədbirdə bitki mühafizə tədbirlərinin vaxtında və düzgün aparılması, torpaqdan istifadəyə nəzarət, fermerlərə informasiya və məsləhət xidmətinin təşkili, süni mayalandırma, özəl baytarlıq xidmətlərinin üstünlükləri, yerli qurumlarla işin düzgün təşkili, subsidiya mexanizmi ilə bağlı işlərin sistemli şəkildə qurulması və digər məsələlər barədə ətraflı məlumat verilib.
Tədbirdə kənd təsərrüfatı işlərinin gedişi, aqrar sahənin inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirərin sonunda bu formatda görüşlərin yerlərdə mütəmadi olaraq davam etdirilməsi, fermerlərin, torpaq mülkiyyətçilərinin maarifləndirilməsi qərara alınıb, qaldırılan məsələlərin operativ həlli üçün tapşırıq və və tövsiyələr verilib.
Elçin NƏSİB
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter