• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

  • 10.05.2023, 19:30, Baxış sayı:
  • 125
Sabirabadda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir
Müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Sabirabad rayonunda silsilə tədbirlər davam etdirilir.
Mayın 10-da Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ümumrayon tədbirinin rəsmi hissəsi keçirilmişdir. Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabirabad rayon təşkilatının fəal üzvləri, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları, ağsaqqallar, ziyalılar, gənclərin və ictimaiyyətin nümayəndələri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzindəki ucaldılan əzəmətli heykəlini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyatını əks etdirən foto guşəyə və rəsm sərgisinə baxış keçiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdəki fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin doğum günü tariximizin ən parlaq məqamlarındandır. Bu baxımdan Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı tədbirlər silsiləvi və kütləvi xarakter daşıyır. Həmçinin RİH başçısı hər zaman qəlbi vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və Azərbaycanımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından, qardaş mühabribəsindən yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin həyatından, Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, inkişafındakı misilsiz əmək sərf etməsindən, xalqın rifahının yüksəldilməsində əvəzsiz xidmətlərindən, dünya siyasətinə verdiyi töhfələrdən, eləcə də Ümummilli Liderin Sabirabad rayonunun inkişafında misilsiz rolundan danışıb.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin zəngin həyatını və fəaliyyətini əks etdirən “Əsrin adamı” adlı video-çarx nümayiş olunub.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter