• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

O, müəllimlərin, valideynlərin və şagirdlərin sevimlisi idi

  • 13.04.2023, 14:33, Baxış sayı:
  • 212
O, müəllimlərin, valideynlərin və şagirdlərin  sevimlisi idi
Həyatda kimləri itirmişik-doğmalarımızı, yaxınlarımızı... Bir də hər səhər görüşüb hal-əhval tutduğumuz, zəng səsindən əvvəl sinfə girərək otaqdakı hay-küylü uşaqlara təbəssümlə salam verən, başlarına sığal çəkən müəllimlərimizi...
Tanınmış söz ustadı, “ölüm şərbəti”ni misralarında bizlərə içirən Vaqif Səmədoğlunun təbirincə desək:
Vaxtsız ölsəm, çox yaşadı deyin,
Vaxtsız öldü, deyin qoca ölsəm,
Bir il yatıb ölsəm, qəflətən öldü deyin,
Uzun sürən xəstəlikdən sonra öldü, deyin qəflətən ölsəm...
Bəli, məktəbimizin pedaqoji kollektivinə ağır itki üz vermişdir. İbtidai sinif müəllimi, ğözəl insan, pedaqoji kollektivin, valideynlərin və şagirdlərin sevimlisi Şəfa Əlizadə dünyasını dəyişmişdir.
Əlizadə Şəfa Əlmərdan qızı 1976-cı il mayın 18-də Sabirabad rayonunun Cavad kəndində zəhmətkeş bir ailədə anadan olmuşdir. 1994-cü ildə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecinin pedaqoji fakültəsinə daxil olmuş, 1998-ci ildə həmin kolleci bitirərək ibtidai təhsil pedaqogikası və metodikası ixtisasına yiyələnmişdir.
Şəfa Əlizadə həmin ildən Sabirabad rayonunun Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 2001-ci ildən M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbdə işləyirdi.
Şəfa müəllim məktəbimizdə işlədiyi vaxtdan bütün tədbirlərdə, məktəbdənkənar işlərdə belə fəal iştirak edər, hər şagirdinin uğuruna sevinərdi... Onun dərs dediyi şagirdlərin sorağı həmişə yüksək yerlərdən gəlmişdir.
Şəfa müəllim öz qabaqcıl təcrübəsini gənc pedaqoqlara həvəslə öyrədirdi. Məktəb kollektivində gülər üzü, şirin söhbətləri, məsləhətləri ilə hamının rəğbətini, məhəbbətini qazanmışdı. Arzuları çox idi. İmanlı, Allahından razı, geniş qəlbi vardı...
Şəfa müəllim bir oğlan, bir qız anası idi. Fidan və Ülvi. Qızı Fidan Əlizadə Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində işləyir.
Şəfa müəllimin vaxtsız vəfatı həm ailəsi, həm də kollektivimiz üçün çox ağır itkidir. O vəfat edən gün müəllim ömrünün mənasız olmadığının bir daha şahidi olduq. Hansı sinfə girdiksə müəllimləri gözüyaşlı, şagirdləri hüznlü gördük. Dərs fasilələrində adətən şən görünən müəllimlərin üzərinə sanki od ələnmişdi. Hamı kədər içində idi. Hərə bir xəlvətə çəkilib ürəyini boşaltmaq istəyirdi. Təəssüf ki, savadlı, gülərüz müəllimimiz bizdən erkən və əbədi ayrıldı. Onun əziz xatirəsi daim yaddaşlarımızda qalacaq və Hz. Mövlanənin bu müdrik kəlamı təsəllimiz olacaqdır:
Hər şeyə canını sıxma ey könül!
Nə bu dərdlər qalacaq, nə də bu ömür...
Kollektivimiz adından ailəsinə, yaxınlarına başsağlığı verir, Allahdan səbr diləyirik.
Allah sənə rəhmət eləsin, sevimli Şəfa müəllim, yerin cənnət olsun.

M.Ə.Sabir adına 1 nömrəli Sabirabad şəhər tam orta məktəbin pedaqoji kollektivi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter