• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ömür vəfa etsəydi...

  • 16.12.2022, 22:20, Baxış sayı:
  • 297
Ömür vəfa etsəydi...
Ömür vəfa etsəydi...
Zibeydə Ağavəli qızı Mirzəyeva 1932-ci il dekabrın 6-da Bakının Əmircan kəndində anadan olub. Zəhmətkeş ailədə böyüyüb. Atası Ağavəli Abasov fəhlə, anası Siyarə Mirzəbaba qızı evdar qadın olmuşlar. 1948-ci ildə kəndlərindəki 97 nömrəli məktəbin 7-ci sinfini bitirib. 1948-1952-ci illərdə Bakı Xalq Maarif şöbəsinin nəzdində olan texnikumda oxuyub. Elmə olan marağı onu Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinin tələbəsi edir. Ilk oxuduğu məktəbdə, texnikumda, institutda həm təhsildə, həm də ictimai işlərdə yoldaşlarından fərqlənib. 1956-cı ildə ali məktəbi bitirən Zibeydə müəllim təyinatla Sabirabad yeddiillik dəmiryol məktəbinə göndərilir. İlk günlərdən şagirdlərin məhəbbətini qazanır. 1957-ci ildə Sabir Mirzəyevlə ailə qurur. Sonra 1957-1963-cü illərdə 1 saylı Sabirabad şəhər orta məktəbində müəllim işləyir. Burada da müəllim və şagird kollektivinin hörmət və ehtiramını qazanır. 1963-cü ildə Sabirabad şəhər 3 saylı 8 illik məktəbinə direktor təyin edilir. Zibeydə müəllimin direktor olduğu məktəbdə təhsildə və ictimai işlərdə müsbət irəliləyiş olmuşdur. Zibeydə Mirzəyeva həmin təhsil müəssisəsini inkişaf etdirərək orta məktəbə çevirmişdir Onun direktor işlədiyi müddətdə məzunların çoxu məktəbi medalla, fərqlənmə ilə bitirmişdir. Məzunların çoxu müxtəlif sahələrdə yüksək vəzifələrə yüksəlmişlər. Həmin müddətdə o, “Qırmızı əmək bayrağı” ordeni, “Azərbaycanın qabaqcıl maarif işçisi” döş nişanı ilə təltif edilmişdir.
Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan bir şəxs kimi rayonda tanınan və sevilən Zibeydə Mirzəyeva 1978-1985ci illər ərzində Sabirabad rayon Xalq Maarif şöbəsinin müdiri vəzifəsində işləmişdir. Bu müddətdə bütün məktəblərdə tədris kabinetləri təşkil edərək təlimin tədrisinin keyfiyyətini yüksəltmişdir. Məktəblərdə 1941-1945-ci illər müharibəsi qəhrəmanlarına aid abidələr tikdirmişdir. Şagirdlərin asudə vaxtlarının səmərəli keçməsi üçün idman kompleksləri inşa etdirmişdir. Yeni dərs ilinə hazırlıqla əlaqədar qalib olduqları üçün rayonun təhsil ocağı üç dəfə Respublika Həmkarlar İttifaqının keçici bayrağına və pul mükafatına layiq görülmüşdür. Zibeydə xanım 1985-2011-ci illərdə müəllim kimi faliyyət göstərmişdir.
Zibeydə Mirzəyeva həmçinin “Azərbaycanın xalq müəllimi” adını almış, “Xalqlar dostluğu” ordeni, “SSRİ maarif əlaçısı” döş nişanı ilə təltif edilmişdir. Eyni zamanda “Əməkdar müəllim” fəxri adına da layiq görülmüşdür. 6 dəfə Azərbaycan müəllimlərinin qurultayının iştirakçısı olmuşdur.
Ömür vəfa etsəydi bu il dekabrın 6-da onun 90 illik yubileyini qeyd edəcəkdik. 1972-ci ildə Səməd Vurğun adına Sabirabad şəhər 3 saylı məktəbi bitirmiş məzunların bu il keçirilmiş yubiley tədbirində iştirak edərkən sevimli müəllimimizə söz vermişdik ki, onun ad gününü-90 yaşını yaddaqalan edək. Dekabrın 6-da rayon ictimayyətinin nümayəndələri, vaxtilə Zibeydə Mirzəyevanın dərs dediyi şagirdlər onun ad günündə qəbrini ziyarət edərək, xatirəsini anmışlar.
Şərəfli ömrünü vicdanla Azərbaycanda təhsilin inkişafına həsr etmiş Zibeydə Mirzəyevaya Allah qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun. Yeri behişt olsun! Nur içində uyusun!
Mirnizami AĞAYEV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter