Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik Yubileyi münasibətilə Sabirabad rayon ümumtəhsil orta məktəblərinin müəllim və şagirdləri Sabirabad rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ziyarətçilər Mərkəzin Muzey hissəsi ilə tanış olublar.
Xalqımızın xilaskarı, Müstəqil Azərbaycanın qurucusu və memarı, Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin uşaqlıq və gənclik illəri, Dahi rəhbərin zəngin dövlətçilik irsini və mənalı ömür yolunu əks etdirən kitablar, fotostendlər, sənədlər, Ümummilli Lider Heydər Əliyevin Sabirabad rayonuna müxtəlif illərdə tarixi səfərlərini əks etdirən jurnal, foto-albomlar haqqında geniş məlumat verilib və planşet vasitəsilə səs yazısı dinlənilib.
Eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin Sabirabad rayonuna etdiyi səfərlər, dövlətimizin başçısının rayonda bir sıra infrastruktur və sosial təyinatlı obyektlərin açılışında iştirak etməsi diqqətə çatdırılıb.
Sonda xatirə fotosu çəkdirilib.
Məktəblilər Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.