• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik Yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində Sabirabad Rayon Birinciliyi üzrə şahmat turniri keçirilib

  • 16.03.2023, 15:13, Baxış sayı:
  • 113
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik Yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində Sabirabad Rayon Birinciliyi üzrə şahmat turniri keçirilib
Sabirabad rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəblərinin oğlanlar və qızlar arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik Yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində Sabirabad Rayon Birinciliyi üzrə şahmat turniri keçirilib.
Turnirin açılış mərasimində çıxış edən Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə iştirakçıları salamlayıb və bildirib ki, hazırda şahmat idman növü gənclərin ən çox marağında olduğu idman növlərindən biridir.
Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamlardan sonra ölkəmizdə şahmatın geniş vüsətlə inkişaf etməsindən, görkəmli Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda qazandıqları zəfərlərdən bəhs edib.
Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində şahmatın inkişafını daim diqqət mərkəzində saxlaması, bunun da sayəsində Azərbaycanda yeni-yeni istedadların aşkara çıxarılmasında və onların müxtəlif yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində mühüm rol oynamışdır.
Gənclərin hərtərəfli inkişafı istiqamətində keçirilən bu kimi yarışlardan məmnunluğunu ifadə edən Rəna Hacızadə turnir iştirakçılarına uğurlar arzu edib.
Diqqətə çatdırılıb ki, şahmat turnirinin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin bədən tərbiyəsi və idmanın inkişafında rolunun qeyd edilməsi, yeniyetmələr arasında şahmat idman növünün təbliği və inkişaf etdirilməsidir.
Sonra Təhsil Nazirliyinin Azad Həmkarlar İttifaqının Sabirabad rayon Komitəsinin sədri Seyidhüseyn Hüseynov və Sabirabad rayon UGİŞM-in direktoru Teyfi-İbadzadə Cəfər müəllim də öz növbələrində Ulu Öndərin mənalı ömür yolu və ictimai-siyasi fəaliyyəti ilə bağlı geniş məruzə edərək, yarış iştirakçılarına uğurlar diləyiblər.
Oğlanlar - Olimpik sistemi, qızlar - dairəvi turdan ibarət olan yarışda 30 şagird iştirak edib. Qalib olan və fəal şagirdlərə Sabirabad rayon Heydər Əliyev Mərkəzi tərəfindən "Diplom", hakimlərə "Təşəkkürnamə" təqdim olunub.
Sonda xatirə fotosu çəkdirilib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter